Ərdoğan və xanımı Azərbaycan nümayəndə heyətinin çıxışını izlədilər
Digərləri 24 May 2025 18:10:00 89 0
May ayının 22-də Türkiyənin İstanbul şəhərində start götürən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı davam edir.
Bu haberi de oku: Lüks avtomobillər "su qiyməti"nə satışa çıxarıldı
Azərbaycan Respublikası Atçılıq Federasiyasından Son.az-a verilən məlumata görə, festival çərçivəsində hər gün Türk dünyasının birliyi, ortaq mədəni kökləri və irsi tədbir iştirakçılarına və qonaqlara nümayiş etdirilir.
May ayının 24-də Festivalın xüsusi proqramında Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı xanım Əminə Ərdoğan Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi möhtəşəm "Zəfər" şou-kompazisiyasını izləmişlər.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığında 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim türk törəsi, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılmışdır.
Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, suvarilik sənəti və milli ruhu əks etdirən proqram Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğan və xanımı tərəfindən böyük marağa səbəb olmuş, ayaq üstə alqışlanmışdır.
Nümayəndə heyətimiz Türkiyə rəhbərliyinin "Zəfər" şou- kompozisiyasını böyük maraqla izləməsini, göstərilən yüksək diqqəti məmnunluq və qürur hissi ilə qarşılamışlar.
Qeyd edək ki, 25 may tarixində Azərbaycan nümayəndə heyətinin növbəti çıxışı keçiriləcək və bununla da VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başa çatacaq.