Qalmaqallı direktor işdən çıxarıldı
Digərləri 24 May 2025 18:41:00 68 0
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Ruzvay oğlu Yahyayev işdən çıxarılıb.
Bu haberi de oku: Bakının bu kəndi yenilənəcək RƏSMİ
Son.az "Unikal"a istinadla xəbər verir ki, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Arzu Teymurovaya həvalə edilib.
Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb. O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
Qeyd edək ki, R.Yahyayevin adı son vaxtlar qalmaqallarda hallanırdı. O, ötən ilin fevralında bir qrup şəxs tərəfindən döyülüb. Son.az
Kaynak: milli.az