Ərdoğan Əhməd əşŞaraa ilə görüşdü


Digərləri 24 May 2025 16:54:00 47 0

Ərdoğan Əhməd əşŞaraa ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa arasında görüş baş tutub.

Son.az məlumat verir ki, görüş İstanbuldakı Dolmabahçe sarayında baş tutub. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın, Suriyanın xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani və digər rəsmi şəxslər iştirak ediblər.

Görüş qapalı keçirilib. /oxu.az