Tanışına SİMkart almağa kömək etdi 200 minin "altında qaldı"
Digərləri 24 May 2025 17:43:00 69 0
Paytaxtın Biləcəri qəsəbə sakini Kamran Hidayətovun tanışına olan inamı onun başına iş açıb. O, sadəcə SİM-kart almağa kömək etdiyi tanışı sayəsində özünün xəbəri olmadan şirkət sahibi olub və nəticədə külli miqdarda borcu yaranıb.
Bu haberi de oku: Üçüncü övladını dünyaya gətirmişdi 13 gün sonra ÖLDÜ
Son.az xəbər verir ki, Kamran Hidayətov adi bir SİM-kartla başına bu cür oyun açılacağını heç vaxt düşünmədiyini bildirib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, bu cür halların sayı son vaxtlar artmaqdadır.
Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd olunub ki, Kamran Hidayətov tərəfindən polis orqanlarına müraciət daxil olmadığı üçün məsələ ilə bağlı hər hansı tədbir görülməyib.
Vətəndaşın mütləq şəkildə polisə müraciət etməsi tövsiyə olunur. /Xəzər TV
Kaynak: milli.az