Vəzifəli şəxsin evinin həyətində meyiti TAPILDI
Digərləri 24 May 2025 15:59:00 56 0
Ağdaşda vəzifəli şəxsin meyiti tapılıb.
Bu haberi de oku: AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.
64 yaşlı Hacıyev Əhliman Səlim oğlu yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Lent.az-ın əldə etdiyi məlumata görə, 3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır. /Lent.az
Kaynak: milli.az