Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə CƏZA VERİLDİ


Digərləri 24 May 2025 13:48:00 79 0

Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə CƏZA VERİLDİ

Türkiyədə Azərbaycan vətəndaşı olan 25 yaşlı tələbə döyülərək ona qarşı əxlaqsız hərəkətlər edilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Zonquldak şəhərində qeydə alınıb. 

Sözügedən tələbəni girov saxlayan dəstə üzvlərinin məhkəməsi artıq yekunlaşıb. Zonquldak 3-cü Ağır Cinayət Məhkəməsi dəstənin 6 üzvünü qanunsuz azadlıqdan məhrumetmə, qanunsuz silahlı dəstə qurma, hədə-qorxu ilə tələb etmə kimi əməllərdə təqsirli bilib.

Qeyd edilib ki, Azərbaycan vətəndaşı olan 25 yaşlı şəxs 2 il əvvəl narkotik vasitələrin satışı ilə məşğul olan dəstəyə qoşulub. Lakin bir müddət sonra onu polis yaxalayıb və dəstə üzvləri tərəfindən verilmiş qanunsuz silahı hüquq-mühafizə orqanları götürüb. Bundan sonra dəstə üzvləri 25 yaşlı şəxsi cəzalandırmaq qərarına gəlib. Onu qapalı yerə salaraq döyüblər, həmçinin əxlaqsız hərəkətlər edərək videoya çəkiblər.