Şəmkirdə milyonluq yeyinti Direktor həbs edildi
Digərləri 22 May 2025 10:10:54 65 0
"Şəmkir Un-Yem" MMC-nin direktoru Aslan Əliyev həbs edilib.
Bu haberi de oku: Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb FƏRMAN
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
A.Əliyev xüsusilə külli miqdar təşkil edən 1 milyon manata yaxın vəsaitin mənimsənilməsində və torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.