Pakistanda məktəb avtobusu partladıldı Ölənlər var


Dünya 21 May 2025 11:52:00 81 0

Pakistanda məktəb avtobusu partladıldı  Ölənlər var

Pakistanda məktəb avtobusuna kamikadze hücumu olub.

Son.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Məlumata görə, Pakistanın Bəlucistan əyalətində kamikadzenin ordunun məktəb avtobusunu hədəf alması nəticəsində ölən beş nəfər arasında ən azı üç uşaq olub.

Hadisənin baş verdiyi Xuzdar rayonunun icra başçısı Yasir İqbal bildirib ki, hərbi məktəbə gedən avtobusda 40-a yaxın şagird olub və bir neçə nəfər xəsarət alıb.

Son.az