Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi başa çatdı


Dünya 23 May 2025 17:46:00 175 0

Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi başa çatdı

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ən böyük hərbi əsir mübadiləsinin başa çatdığını açıqlayıb.

Son.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial media platformasında məlumat verib.

İki ölkə İstanbulda keçirilən danışıqlarda min hərbi əsirinin qarşılıqlı azadlığa buraxılması barədə razılığa gəlib:

Tramp paylaşımında  "Rusiya ilə Ukrayna arasında böyük məhbus mübadiləsi yenicə tamamlandı. Bu, qısa zamanda qüvvəyə minəcək. Danışıqlar münasibətilə hər iki tərəfi təbrik edirəm. Bu, böyük bir şeyə gətirib çıxara bilərmi?" sözlərini qeyd edib.