Hindistanda qəzaya uğrayan təyyarədə Britaniya vətəndaşı sağ qalıb


Dünya 12 Haz 2025 18:53:00 84 0

Hindistanda qəzaya uğrayan təyyarədə Britaniya vətəndaşı sağ qalıb

Xilasedicilər Hindistanın "Air India" aviaşirkətinə aid təyyarənin qəzaya uğradığı yerdə bir nəfərin sağ qaldığını müəyən edib.

Son.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Müəyyən edilib ki, qəzadan xilas olan şəxs 40 yaşlı, Hindistan əsilli Böyük Britaniya vətəndaşı Vişvaskumar Rameşdir.

Onun təyyarənin ön hissəsindəki 11A oturacağında əyləşdiyi bildirilib. Hazırda V. Rameşin həyatı üçün təhlükə yoxdur.


Habere ait fotoğraflar