Netanyahu: "İstəyimizə çatdıq"
Dünya 13 Haz 2025 17:24:00 102 0
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı başladılan hərbi əməliyyatların ilk mərhələsinin uğurla keçdiyini bildirib.
Bu haberi de oku: “Dünən ev almışdım, bu gün dağıldı”
Son.az xəbər verir ki, Netanyahu əməliyyatların İsrailə yönəlmiş təhlükəni aradan qaldırmaq üçün həyata keçirildiyini və lazım gəldikcə davam etdiriləcəyini vurğulayıb:
"İlk hava hücumları ilə istədiklərimizə nail olduq. Tanrının köməyi ilə bütün məqsədlərə çatacağıq", - deyə o qeyd edib.
İsrailin müdafiə naziri İsrael Katz isə əməliyyatı "dövlət və yəhudi xalqı üçün həlledici an" adlandırıb. O bildirib ki, İranın nüvə proqramının qarşısının alınması əsas prioritetdir və əgər bu fürsət qaçırılarsa, Tehranın nüvə silahı əldə etməsinə maneə qalmaz.
Asya Son.az