İsrailin İrana qarşı hərbi əməliyyatı iki həftə davam edəcək
Dünya 13 Haz 2025 18:15:00 74 0
İsrailin İrana qarşı hərbi kampaniyası 14 gün davam edəcək.
Bu haberi de oku: İranda Mossad casuslarının maşınları ələ keçirildi İçindən çıxanlar...
Son.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşrinə açıqlamasında yüksək vəzifəli İsrail rəsmisi məlumat verib.
Rəsmi qeyd edib ki, İsrail ordusunun İran əleyhinə əməliyyatı hələ başa çatmayıb və qarşıdakı günlərdə də davam edəcək.
Əməliyyatın iki həftəlik davam etməsinin ehtimal olunduğu bildirilir. Bu müddət, ekspertlərin də əvvəlcədən proqnozlaşdırdığı kimi, İranın nüvə proqramına və müvafiq hədəflərə ciddi zərər vurmaq üçün kifayət qədər vaxt tələb edir.