Bu şəhərdə etirazlara görə komendant saatı tətbiq edilib


Dünya 13 Haz 2025 17:45:00 80 0

Bu şəhərdə etirazlara görə komendant saatı tətbiq edilib

ABŞ-in Vaşinqton şəhərində Miqrasiya və Gömrük Xidmətinin binası yaxınlığında keçirilən etirazlara görə komendant saatı elan edilib.

Son.az xəbər verir ki, ABŞ-də artıq 6 gündür etiraz aksiyaları davam edir. Komendant saatının ikinci günü Los-Ancelesdə 1000-dən çox aksiyaçıya polis müdaxilə edib.

Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib ki, etirazçıların əksəriyyəti zorakılığa meyllidir. O əlavə edib ki, Prezident Donald Tramp dinc nümayiş hüququnu müdafiə etsə də, ölkədə kütləvi idarəçiliyə imkan verməyəcək.

Asya Son.az