Ermənistanın keçmiş baş naziri saxlanıldı


Dünya 13 Haz 2025 14:33:00 96 0

Ermənistanın keçmiş baş naziri saxlanıldı

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

Son.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitənin qeyd etdiyi kimi, Ovik Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

Məlumata görə, hazırda onun evində axtarış aparılır.

Qeyd edək ki, O.Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.

Fidan Son.az