Kosmosda yeni dünya var?
Dünya 12 Haz 2025 08:08:00 109 0
Yer kürəsindən 2400 işıq ili uzaqlıqda yerləşən "Kepler-725c" adlı "Super Yer" tipli planetdə bioloji həyatın mümkünlüyünü göstərən izlər aşkarlanıb.
Bu haberi de oku: İordaniya İranın raket və PUAlarını vurdu
Son.az xəbər verir ki, çinli alimlərin apardığı araşdırma elmi ictimaiyyətdə böyük marağa səbəb olub.
Məlumata görə, planet öz ulduzunun ətrafında "yaşanabilir zona" adlanan məsafədə dövr edir. Alimlər hesab edirlər ki, "Kepler-725c"nin səthi böyük ehtimalla okeanlarla örtülüb və qayalıq quruluşa malikdir. Planet öz ulduzundan Yerə nisbətən 1,4 dəfə çox şüalanma alır.
Araşdırmalarda maraqlı bir detal da ortaya çıxıb: "Kepler-725c"nin orbitində sabitlik yoxdur və onun ulduza olan məsafəsi il ərzində dəyişir. Bu xüsusiyyət planetdə iqlim dəyişkənliyinin ola biləcəyinə işarə edir.