Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
Dünya 12 Haz 2025 17:53:00 95 0
ABŞ-nin aviasiya nəhəngi "Boeing" şirkətinin səhmləri Nyu-York Fond Birjasında (NYSE) səhər ticarət sessiyasında demək olar ki, 8% ucuzlaşıb.
Bu haberi de oku: İordaniya İranın raket və PUAlarını vurdu
Milli.az xəbər verir ki, bu barədə birjanın məlumatları təsdiq edir.
Dəhşətli təyyarə qəzasının ANBAAN GÖRÜNTÜLƏRİSəhmlərin dəyərindəki kəskin eniş Hindistanda "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması fonunda baş verib.
Bakı vaxtı ilə saat 13:30-da şirkətin səhmləri 7.96% ucuzlaşaraq bir səhm üçün 196.97 dollar təşkil edib. Saat 13:41-də isə qiymətlərdəki eniş zəifləyərək bir səhm üçün 199.14 dollar (-6,93%) səviyyəsində ticarət olunub.
Xatırladaq ki, bir müddət əvvəl Hindistanın qərbində, Əhmədabad şəhərinin hava limanı yaxınlığında "Boeing 787 Dreamliner" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Əhmədabad-London reysi üzrə hərəkət edirmiş və göyərtəsində 242 nəfər olub.