Tanınmış bloqer canlı yayımda sevgilisi tərəfindən bıçaqlandı


Dünya 23 May 2025 14:46:00 88 0

Tanınmış bloqer canlı yayımda sevgilisi tərəfindən bıçaqlandı

Gözəllik, moda və rəqs mövzularında paylaşdığı videolarla tanınan və 255 mindən çox izləyicisi olan 22 yaşlı bloqer Luna Ambrozevicius Abrahao canlı yayım zamanı sevgilisi tərəfindən bıçaqlanıb.

Son.az nypost-a istinadla xəbər verir ki, hadisə gənc qadının San-Paulo şəhərindəki evində baş verib.

Luna "İnstagram"da canlı yayım edərkən sevgilisi Aleks Oliveyra onu qəfil bıçaqla hücum edib.

Qadının dəfələrlə bıçaqlandığı görüntülər sosial mediada geniş yayılıb və izləyicilər arasında böyük sarsıntı yaradıb.