İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş 13 orqanı çıxarıldı
Dünya 24 May 2025 10:16:00 59 0
İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hind nadir rast gəlinən və müalicəsi çətin olan "jele xərçəngi"nə - Pseudomiksoma Peritoneiyə yoluxub.
Bu haberi de oku: Avropada müsəlmanlar niyə hədəfə çevrilir?
Son.az xarici mətbuata istinadla xəbər verir ki, hər şey 2018-ci ildə bir iş yeməyindən sonra başlayıb. Özünü pis hiss edən Rebekka əvvəlcə bunun qida zəhərlənməsi olduğunu düşünüb. Aylarla çəkən narahatlıqdan sonra isə qarın boşluğunda yayılmış, jele kimi xərçəng mayesi olan müsinlə bağlı diaqnoz qoyulub.
İlk əməliyyatda ondan kor bağırsağı, göbək, mədə pərdəsi və 6 litr müsin çıxarılıb. İkinci əməliyyatda isə dalaq, öd kisəsi, yoğun bağırsaq, uşaqlıq, yumurtalıqlar, mədənin bir hissəsi və digər orqanlarla birlikdə cəmi 13 orqan və orqan hissəsi götürülüb.