Gecə öskürəyinin əsl səbəbi üzə çıxdı Dişlərini udurmuş
Digərləri 20 May 2025 17:20:00 74 0
İstanbulun Küçükçekmece rayonunda yaşayan 41 yaşlı E.Ö. gecə saatlarında şiddətli öskürək və nəfəs darlığı ilə yuxudan oyanaraq xəstəxanaya müraciət edib. Müayinələr nəticəsində kişinin iki implant dişini yatarkən udduğu və onların nəfəs yollarında ilişib qaldığı müəyyən olunub.
Bu haberi de oku: Monitorinqlərdə nə baş verib? Məktəb direktorları işdən azad edildi
Son.az xəbər verir ki, hadisə ötən ay baş versə də, həkimlərin açıqlaması və bronxoskopiya görüntüləri bu günlərdə ictimaiyyətə təqdim olunub. E.Ö. səhər güzgüyə baxdığında ön iki dişinin yerində olmadığını görüb və təngnəfəslik hiss etdiyi üçün dərhal xəstəxanaya gedib. Bakırköydəki xəstəxanada aparılan görüntüləmələr zamanı sol bronxda yad cisim - dişlər - aşkar edilib.
Pasiyent daha sonra başqa xəstəxanaya köçürülüb. Burada dosent doktor Efsun Qonca Uğur Çounun rəhbərliyi ilə bronxoskopiya əməliyyatı icra olunub və implant dişlər uğurla çıxarılıb.
Dos. Dr. Çoun bildirib ki, tənəffüs yollarına yad cisim daxil olduqda xəstələr bunu bəzən hiss etməyə bilər: "Xəstələr nəfəs darlığı və öskürəklə müraciət edir, lakin problemin səbəbi yad cisim ola bilər. Əgər bu vəziyyət vaxtında müdaxilə olunmasa, tənəffüs yollarının ventilyasiyası pozula və ciddi ağırlaşmalar - hətta sətəlcəm və bronx genişlənməsi - baş verə bilər."