BakıQuba yolunda ağır qəza ölən və yaralananlar var


Digərləri 20 May 2025 21:42:00 81 0

BakıQuba yolunda ağır qəza  ölən və yaralananlar var

Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az xəbər verir ki, bu gün Quba yolunda "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub.

İlkin məlumatlara görə, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. /APA