Bakıda daha bir söküntü Sakinlər kompensasiyadan NARAZIDIR


Digərləri 21 May 2025 00:13:00 79 0

Bakıda daha bir söküntü  Sakinlər kompensasiyadan NARAZIDIR

Bakıda böyük söküntü başlayır.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, söküləcək evlərin hər kvadratmetrinə görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratmetrinə görə 3000 manat kompensasiya ödəniləcək. Söhbət paytaxtın Təzəpir məscidinin yaxınlığındakı ərazilər gedir. Həmin ərazilər tezliklə  Mərkəzi Parka birləşdiriləcək.

Layihəyə əsasən, Yasamal rayonunda, Təzəpir məscidinin tinindən Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək. Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Sakinlər isə onlara təklif edilən kompensasiya məbləğinin az olduğundan gileylənir.