"20 min manata ikinci əl yox, yeni Çin avtomobili alınır"


Digərləri 20 May 2025 23:29:00 186 0

"20 min manata ikinci əl yox, yeni Çin avtomobili alınır"

"İkinci əl avtomobil bazarında durğunluq günü-gündən artır".

Son.az xəbər verir ki, bunu texno-bloqer Fərid Pərdəşünas deyib:

"Artıq 200000 kilometrdən çox yol qət etmiş köhnə nəqliyyat vasitələrini satmaq getdikcə çətinləşir. İstifadəçilər yeni avtomobil almağa üstünlük verir, xüsusilə də son dövrlərdə artan Çin istehsalı modellərə maraq ciddi şəkildə yüksəlib.

Məsələn, köhnə "Çeşqa" avtomobilini 7,000 manata sata bilən bir vətəndaş deyir ki, bazarda tələbat o qədər zəifləyib ki, illərlə istifadə olunmuş avtomobillər demək olar ki, satılmır:

"İnsanlar artıq ikinci və ya üçüncü əl avtomobilə 20,000 manat vermək istəmir. Bu məbləğə yaxın qiymətə salonlardan tam yeni Çin avtomobili almaq mümkündür. Əlavə olaraq bu maşınları taksi kimi işlətməklə gəlir də əldə edirlər."

Gömrük ərazisində müşahidə edilən mənzərə də bu tendensiyanı təsdiqləyir. Müxtəlif markalı Çin avtomobilləri xüsusilə BYD, Chery, Haval və digər modellər - Azərbaycana karvanlarla daxil olur. Onları 5-10 nəfərlik qruplar şəklində alan insanlar, əsasən, taksi fəaliyyəti üçün istifadə edirlər. Bu isə bazarda "aşağı büdcəli, amma yeni və zəmanətli avtomobil" kateqoriyasına olan marağı daha da artırır.