"Euronews" telekanalı Bakı Enerji Həftəsindən xüsusi reportaj hazırlayıb


Digərləri 17 Haz 2025 10:52:00 59 0

"Euronews" telekanalı Bakı Enerji Həftəsindən xüsusi reportaj hazırlayıb

"Euronews" telekanalı iyunun əvvəlində keçirilmiş Bakı Enerji Həftəsindən xüsusi reportaj hazırlayıb.

Trend-in məlumatına görə, sujetdə qeyd olunur ki, Bakı Enerji Həftəsi Azərbaycanın bərpa olunan enerji, strateji boru kəmərləri sahələrindəki iddialı hədəflərinin və ölkənin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu müzakirə etmək üçün enerji sektorunun dünya liderlərini bir araya gətirir.

"Qlobal enerji təqviminin əsas tədbirlərindən biri olan bu forum hər il 2000-dən çox nümayəndəni və 240 şirkəti bir araya gətirir. 2025-ci ildə forum 30-cu dəfə keçirilib. Tədbir zamanı Azərbaycanın 2030-cu ilə qədər bərpa olunan enerji sahəsində 6,5 QVt güc yaratmaq niyyətində olduğu vurğulanıb. Bu isə ölkənin ümumi enerji balansının 35 faizdən çoxunu təşkil etmiş olacaq", - reportajda bildirilir.

Süjetdə əlavə edilir ki, Azərbaycanın enerji diplomatiyasında, ələlxüsus da Xəzər dənizini Avropa ilə birləşdirən Cənub Qaz Dəhlizi kontekstində strateji roluna xüsusi diqqət yetirilir.