Elektrik və su xərclərinə son – Paltaryuyanda bu düymə ilə....


Digərləri 17 Haz 2025 17:41:00 96 0

Elektrik və su xərclərinə son – Paltaryuyanda bu düymə ilə....

Paltaryuyan maşın istifadəçilərinin çoxu bu sadə, amma effektiv funksiyadan xəbərsizdir.

Son.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, cihazın üzərindəki "Eco" (ekonomik) rejimi həm elektrik enerjisinə, həm də su sərfiyyatına ciddi qənaət etməyə imkan verir.

Bu düymə ilə paltaryuyan maşın daha aşağı temperaturda, daha uzun müddətdə işləyərək paltarları eyni dərəcədə təmizləyir, amma az enerji və su xərcləyir. Nəticədə istifadəçi həm ətraf mühiti qoruyur, həm də aylıq kommunal ödənişləri azaldır.

Mütəxəssislər qeyd edir ki, "Eco" rejimi xüsusilə gündəlik və az çirkli paltarlar üçün idealdır.

Geyimlərin ömrünü də uzadan bu rejim artıq bir çox Avropa ölkəsində geniş istifadə olunur.

Fidan Son.az