Bu rayonlara yeni prokurorlar təyin edildi


Digərləri 17 Haz 2025 16:12:00 96 0

Bu rayonlara yeni prokurorlar təyin edildi

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.

Bu barədə Son.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində işləyib.

Həmçinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.