Azərbaycanda bir ildə 73 min abort... Cəzalar sərtləşdirilir
Digərləri 17 Haz 2025 17:50:00 75 0
Təkcə 2024-cü il ərzində ölkədə təxminən 73 min abort faktı qeydə alınıb.
Bu haberi de oku: Bakıda mağaza açılışında BİABIRÇILIQ
Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Univertsitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev bildirib.
Onun sözlərinə görə, bu kifayət qədər yüksək göstəricidir və təbii artıma birbaşa təsir edən faktorlardan biridir:
"Məsələnin digər önəmli tərəfi süni mayalanma və embrion implantasiyası kimi tibbi prosedurların bəzən qanunsuz şəkildə həyata keçirilməsidir. Mövcud qanunvericiliyə əsasən, qadınlar hamiləliyin 12-ci həftəsinə qədər şəxsi istəklərinə əsaslanaraq, 22-ci həftəyə qədər isə tibbi və sosial göstərişlərə əsasən abort etdirə bilərlər. Tibbi göstəricilərə ana və ya dölün səhhətində ciddi problemlər daxildir. Sosial səbəblər isə qadının tək yaşaması, işsizliyi, evsizliyi, aztəminatlı olması və s. kimi hallardır".
Ü.Şəfiyev abortların qeyri-tibbi şəraitdə evdə və ya ixtisassız şəxslər tərəfindən həyata keçirilməsi hallarının hələ də müşahidə olunması məsələsinə də aydınlıq gətirib:
"Bu cür abortlar qadınların sağlamlığı üçün ciddi təhlükə yaradır, ana ölümü riskini artırır və ağır fəsadlara yol aça bilər. Cəza tədbirləri də məhz elə bu kimi riskli halların qarşısını almağa yönəlib. Eyni zamanda aborta məcburetmə halları da qanunla qadağan edilir və bu istiqamətdə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur".
Sosioloq həmçinin qeyd edib ki, cəzaların sərtləşdirilməsi müsbət addımdır, lakin təkcə bu tədbirlər kifayət etmir: