İsrailİran gərginliyi neft bazarını altüst etdi – “Hörmüz bağlansa, fəlakət qaçılmazdır”
Digərləri 17 Haz 2025 11:46:00 81 0
"İsrail-İran hərbi qarşıdurması neft bazarını sarsıdıb. Brent markalı neftin qiyməti bir neçə gun ərzində 10%-dən çox bahalaşaraq əvvəlcə 75.15 dollar səviyyəsinə, daha sonra 76.94 dollara çatıb. Xam neft fyuçersləri 13%-ə qədər artıb. ABŞ-ın VIX indeksi son 3 həftənin maksimumuna qalxıb, sərmayəçilər isə səhmlərdən çıxaraq qızıla və dövlət istiqrazlarına yönəlir".
Bu haberi de oku: İsrailİran müharibəsi neftin qiymətini 130 dollara yüksəldə bilər
Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, münaqişə Hörmüz boğazı ətrafında təhlükəni artırır. Gündəlik 18-20 milyon barel neft bu boğazdan keçir ki, bu da dünya neft ticarətinin 20%-i deməkdir. İranın boğazı bağlamatəhdidi neftin qiymətində daha kəskin sıçrayış yarada bilər. BVF hesablamasına görə, neftin 10% bahalaşması inkişaf etmiş ölkələrdə inflyasiyanı 0.4 faiz bəndi artırır:
"LNG bazarı da risk altındadır. Qətər və BƏƏ-nin bütün maye qaz ixracatı Hörmüz boğazından keçir və bu, qlobal LNG ticarətinin 1/5 hissəni təşkil edir. İran üzərindən keçən marşrut bağlansa, Çin və Hindistan alternativ mənbələrə yönələcək, bu da digər bazarlarda qiymətləri yuxarı çəkacək. Çünki, İran sanksiyada olsa belə bu iki ölkə, ələxsus da Çin öz neft ehtiyacının ciddi bir hissəsini İran hesabına təmin edir.