Bakının susuz qalan əraziləri ÜNVANLAR
Digərləri 17 Haz 2025 10:45:00 80 0
Xəbər verdiyimiz kimi, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinin su təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu haberi de oku: Bu rayonlara yeni prokurorlar təyin edildi
Son.az oxu.az-a istinadən bu gündən fasilə yaranan ərazilərin siyahısını təqdim edir:
Nəsimi rayonunda Mir Cəlal, 20 Yanvar, Cavadxan, Cəbiyev, C.Səlimov, H.Seyidzadə, H.B.Əliyev, Ə.İsgəndərov, M.Kazımovski, R.Məmmədov, Moskva prospekti, S.Rəhman, Novruzov qardaşları (Rasim Səfərov), N.Yusifbəyli, Mərdanov qardaşları, M.Cəfərov, M.Sənani, M.Qasımov, M.Əlizadə, C.Məmmədquluzadə, N.Məlikov, 3-cü Alatava, Ə.Salamzadə, Ə.Hüseynov, S.Rüstəm, S.Vurğun, Y.V.Çəmənzəminli, Tbilisi və F.Qasımzadə küçələrində su təchizatında fasilələr yaranıb.
Səbail rayonunda isə Badamdar qəsəbəsində suyun verilməsində problem yaşanır.
Yasamal rayonunda Şərifzadə, Akim Abbasov, Əsəd Əhmədov, Zərdabi, Tbilisi prospekti, Xiyabani, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev, Zaur Kərimov, Əhməd Cavad, Yeni Yasamal 1 və 2, Dadaş Bünyadzadə, İ.Qutqaşınlı, Mətbuat prospekti, Rahib Tağıyev və Kamal Rəhimov küçələrində su təchizatında fasilələr yaranıb.