Alimlərdən çox ətir iyləyənlərə BƏD XƏBƏR Təhlükəli imiş


Digərləri 17 Haz 2025 12:25:00 76 0

Alimlərdən çox ətir iyləyənlərə BƏD XƏBƏR  Təhlükəli imiş

Dünya alimləri tez-tez və uzun müddət ətir qoxularına məruz qalmağın insan sağlamlığına ciddi ziyan vura biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislər bildirirlər ki, parfümlərin tərkibindəki bəzi kimyəvi maddələr həm sinir, həm də tənəffüs sistemi üçün təhlükə yaradır.

Son.az xəbər verir ki, Harvard Tibb Məktəbinin apardığı araşdırmalara əsasən, sintetik ətirlərdəki uçucu birləşmələri beyin funksiyalarını zəiflədir, yaddaş problemlərinə və konsentrasiya çətinliklərinə səbəb olur. 

Bu maddələr eyni zamanda xroniki yorğunluq və baş ağrılarına yol aça bilər.

Dünya Səhiyyə Təşkilatı və Kanada Sağlamlıq Təşkilatı qeyd edir ki, parfüm qoxuları bronxial qıcıqlanma, astma tutmaları və uzunmüddətli nəfəs alma problemlərinə səbəb ola bilər. Qapalı məkanlarda bu təsirlər daha da güclənir.

Bununla yanaşı, Avropa Kimyəvi Agentliyinin (ECHA) yaydığı məlumatda bəzi ətirlərdə istifadə olunan ftalat və sintetik musk kimi maddələrin insanın hormonal balansını poza biləcəyi qeyd olunub. Bu isə reproduktiv sağlamlığa mənfi təsir göstərir.

Xüsusilə uşaqlar və körpələr üçün bu risk daha yüksəkdir. Amerika Pediatriya Akademiyası bildirir ki, güclü qoxulu ətirlər uşaqlarda yuxusuzluq, narahatlıq və hətta nəfəs tutmaları kimi hallar törədə bilər.