"'Nissan' dünya üzrə zavodlarını bağlamağa başlayır
Digərləri 20 May 2025 20:54:00 78 0
Yaponiyanın avtomobil nəhəngi olan "Nissan" maliyyə sıxıntıları səbəbilə ölkə daxilində və xaricdəki bir sıra zavodlarını bağlamağı nəzərdən keçirir.
Bu haberi de oku: Bu tarixdə iş olmayacaq
Son.az xəbər verir ki, şirkət Yaponiyadakı iki sahədə istehsalı dayandırmağa hazırlaşır. Bunlardan biri, 1961-ci ildən fəaliyyət göstərən Oppamadakı zavoddur. Digər bağlanmağa namizəd zavod isə Senanedəkidir və bu zavodun yalnız yarısına "Nissan Shatai" şirkəti sahibdir.
Bundan əlavə, "Nissan" bir sıra xarici ölkələrdəki müəssisələrini də optimallaşdırma məqsədilə bağlamağa hazırlaşır. Cənubi Afrika Respublikası, Hindistan, Argentina və Meksika kimi bazarlarda yerləşən zavodların bağlanması planlaşdırılır.