Azərbaycanda erkən nikah qurbanları ən çox bu RAYONLARDADIR
Digərləri 20 May 2025 19:19:00 64 0
Azərbaycanda "Ailə Məcəlləsi"nə edilən dəyişikliyə əsasən bu ildən etibarən 18 yaş nikah yaşı olaraq müəyyən edilib və bundan əvvəlki istisnalar ləğv olunub.
Bu haberi de oku: Otaq güllərinin dibinə sarımsaq qoyun – Nəticə inanılmazdır
Statistikalar isə hələ də erkən nikahla bağlı vəziyyətin ürəkaçan olmadığını göstərir.
Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir.
Modern.az-ın məlumatına görə, 2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.
2024-cü il ərzində Azərbaycanda 18 yaşadək qadınlar tərəfindən 1279 uşaq dünyaya gətirilib. Bu göstərici 2023-cü illə nisbətən azalıb. Belə ki, 2023-cü ildə erkən nikah nəticəsində doğulan uşaqların sayı 1742 idi.
Ən çox hansı rayonlardadır?
Mərkəzi Aran iqtisadi rayonu 167 uşaqla siyahıya başçılıq edir. Bu rayona daxil olan Yevlaxda 18 yaşına çatmayan qadınlar tərəfindən 71 uşaq, Kürdəmir və Ucarda isə hər biri 24 uşaq dünyaya gəlib.
Qarabağ iqtisadi rayonu 164 uşaqla ikinci sıradadır. Ən çox göstəricilər Ağcabədi (55 uşaq) və Bərdə (43 uşaq) rayonlarında müşahidə olunur.
Qazax-Tovuz iqtisadi rayonu üzrə 18 yaşadək analar tərəfindən doğulan 163 uşaq qeydə alınıb. Şəmkir rayonu burada 69 uşaqla fərqlənir. Bundan başqa Gədəbəydə 37, Tovuzda 30 uşağın anasının yaşı 18-dən aşağıdır.
Lənkəran-Astara iqtisadi rayonu 160 uşaqla dördüncü sırada yer alır. Bu rayonda ən çox doğum 80 uşaqla Cəlilabad və 30 uşaqla Masallı rayonlarında olub.
Mil-Muğan iqtisadi rayonu isə 141 erkən doğumla ilk beşliyi tamamlayır. Sabirabad rayonunda erkən nikah nəticəsində doğulan uşaqların sayı 61, İmişlidə isə 37-dir.