Azərbaycanda yeni park salınır


Digərləri 20 May 2025 21:11:00 63 0

Azərbaycanda yeni park salınır

Ağcabədi şəhərində yeni istirahət parkı salınacaq. 

Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni park şəhərin 20 Yanvar küçəsində salınacaq. 

Hazırda istirahət parkında görüləcək işlər üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. 

Bu çərçivədə şəhərin parka gedən küçələrinə asfalt-beton çəkiləcək. 

Ağcabədi Rayon İcra Hakimiyyəti layihə-smeta sənədlərinin hazırlanması işlərini "Az.Arxitektura" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

İcra Hakimiyyəti parkın salınması üçün sərf olunacaq vəsaitin həcmini açıqlamayıb.  Son.az