AZAL təyyarəsinin vurulması: yeni çirkin oyunlar başlanıb
Siyasət 25 Yan 2025 12:44:00 100 0
2024-cü il dekabrın 25-də AZAL-ın "Embraer e-190" sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması rus təbliğat maşını üçün Azərbaycana qarşı növbəti çirkin kampaniya başlatmaq üçün bir bəhanəyə çevrildi.
Bu çirkin oyunlarda məqsəd hadisənin əsl səbəbkarlarından diqqəti yayındırmaq və məsuliyyəti Azərbaycanın üzərinə atmağa cəhd göstərməkdir.
Bakı-Qroznı marşrutu üzrə uçuş həyata keçirən AZAL təyyarəsi Rusiya hava məkanında fiziki və texniki xarici müdaxilənin qurbanı oldu. Azərbaycan tərəfi artıq təkcə təyyarəyə atəş açan şəxsi deyil, həm də bu cinayətkar əmri verəni müəyyən edib. Fəqət həqiqətin üzə çıxarılması istiqamətində əməkdaşlıq etmək əvəzinə, Rusiya tərəfi fərqli bir yol seçdi: yalan ittihamlar axını və vəziyyətin süni şəkildə gərginləşdirilməsi.
BAZA kanalı tərəfindən Qroznı, Rostov-Don və Aktau dispetçerləri ilə AZAL təyyarəsinin ekipajı arasında aparılmış danışıqların deşifrə olunması bu ssenarinin bir hissəsinə çevrildi. Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayevin haqlı olaraq qeyd etdiyi kimi: "İnternetdə kiminsə nəyi isə dərc etməsi onun həqiqət olduğunu göstərmir. "Qara qutu"ların məzmunu tamamilə fərqlidir". Bu açıqlama təbliğat xarakterli iddiaların əsassızlığını tamamilə ortaya qoyur.
Rus təbliğatı AZAL qəzası ilə 2020-ci ildə Azərbaycan hərbçilərinin Rusiya vertolyotu Mi-24-ü vurduğu hadisə arasında fəal şəkildə paralellər aparır. Halbuki belə absurd və primitiv müqayisələr təkcə əsassız deyil, həm də çərənçilik, cəfəngiyyatdır. Rusiyadakı bəlli dairələr və mass-media bilərəkdən bəzi açıq sualları cavabsız buraxır: 44 günlük İkinci Qarabağ müharibəsinin qızğın vaxtında Rusiyanın hərbi vertolyotu Naxçıvan sərhədi yaxınlığında nə edirdi? Niyə o, radarlardan yayınmağa çalışaraq aşağı yüksəklikdə, transponderləri söndürülmüş vəziyyətdə uçurdu və erməni hərbi kolonunu müşayiət edirdi?
2020-ci ildə Azərbaycan layiqli bir mövqe sərgilədi: Prezident İlham Əliyev şəxsən Rusiya liderinə zəng edərək üzrxahlıq etdi, başsağlığı verdi, həlak olanların ailələrinə təzminatlar ödəməyi təklif etdi və istintaqın başlanmasına göstəriş verdi.
Moskvadakı bəlli dairələrsə indiki davranışlarını əsaslandırmaq üçün bu faktları yaddaşdan silməyə çalışır.
2023-cü ilin sentyabrında Qarabağda rus sülhməramlılarının faciəsi manipulyasiya kampaniyasının növbəti elementinə çevrilib. Azərbaycan tərəfi əvvəlcədən antiterror tədbirləri başlanması barədə Rusiyanın Sülhməramlı kontingentini (RSK) xəbərdar etmişdi. Buna baxmayaraq, hərbçilərin bir qismi təlimatlara məhəl qoymadan bazanı tərk edərək döyüş zonasında hərəkət etdi və səhvən erməni hərbi hədəfi kimi tanındı.
Bu dəfə də Azərbaycan konfrontasiyaya yol vermədi, Prezident səviyyəsində üzrxahlıq olundu, cinayət işi qaldırıldı. Ancaq AZAL hadisəsində olduğu kimi, rus təbliğatı bu vəziyyəti də təhrif etməyə üstünlük verərək Azərbaycana qarşı ittiham dalğası yaratmağa çalışdı.
Rusiyanın informasiya məkanında aparılan bütün bu qərəzli anti-Azərbaycan ritorikası açıq şəkildə koordinasiya edilmiş xarakter daşıyır. Belə strukturların, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin (FSB), bu prosesdə iştirakı şübhə doğurmur. Faktların təhrif edilməsi, faciələrin əsl səbəblərindən diqqətin yayındırılması və ikiüzlü standartlar - bunların hamısı Azərbaycanın nüfuzunu zədələməyə yönəlmiş vahid strategiyanın elementləridir.
Kreml yenə də adi taktikasına əl atır: konstruktiv dialoq əvəzinə düşmənçilik toxumu səpir. Rəsmi Bakı mövqeyində möhkəm və ardıcıl qalır. Heç bir təbliğat həqiqəti gizlədə bilməz və Moskvadan məsuliyyətdən yayınmaq cəhdləri yalnız onun həqiqət qarşısında zəifliyini üzə çıxarır.
Rusiyadakı bəlli dairələr başa düşməlidir ki, anti-Azərbaycan ritorikasının davamı iki ölkə arasındakı münasibətlərin geri dönüşü olmayan dərəcədə pozulmasına gətirib çıxara bilər. Azərbaycan öz suverenliyinə və tarixi ədalətə olan tələbkarlığını müdafiə etməyə davam edəcək. Moskvanın bugünkü siyasəti yalnız onun beynəlxalq arenadakı təcridini daha da dərinləşdirir və müttəfiqlərini birdəfəlik itirmək riskini artırır.
Azərbaycan açıq və ədalətli münasibət tələb edir - nə az, nə çox. Lakin bu tələbləri nəzərə almamaq Moskva üçün yeni problemlər doğuracaq. Kreml üçün artıq vaxtdır ki, insanlıq və beynəlxalq hüquq prinsiplərini xatırlasın. Əks halda, yaranan uçurum daha da dərinləşərək, hər iki ölkənin tarixinə ağır bir səhifə kimi yazılacaq.
Moskva öz rolunu yaxın tarixdə baş vermiş hadisələrdə unutmağa çalışsa da, Azərbaycan bütün həqiqətləri unutmur.
Xağırladaq ki, 1987-ci ilin sonu və 1988-ci ilin əvvəllərində yüz minlərlə azərbaycanlı Ermənistan ərazisindən zorakı şəkildə deportasiya edildi. Bu prosesdə sabiq SSRİ-nin mərkəzi hakimiyyətinin susqunluğu və biganəliyi diqqəti cəlb edir. Azərbaycan və Ermənistan rəhbərliyini bir gün ərzində dəyişmək gücündə olan Moskva, nədənsə, dinc əhalini terror edən silahlı erməni dəstələrini dayandırmağa gücsüz idi.
1990-cı ilin yanvarında Bakıda törədilən qanlı faciə - Qanlı Yanvar Günü - azərbaycanlıların milli-azadlıq hərəkatının qəddarcasına yatırılması kimi tarixə düşdü. Sovet ordusunun əli ilə yüzlərlə günahsız insan öldürüldü. Bu qırğının günahkarları kimlər idi? Hara yox oldu həmin qətliamı törədənlərin siyahıları? SSRİ-nin hüquqi varisi olan Rusiya bu cinayətlərə görə cavab verməli, ədalət qarşısında hesabat təqdim etməlidir.
1992-ci ildə Xocalıda baş verən soyqırımı rus ordusunun 366-cı alayının iştirakı ilə həyata keçirildi. Bu alayın hərbçiləri yüzlərlə dinc azərbaycanlının amansız şəkildə qətlə yetirilməsində bilavasitə iştirak etdilər. Azərbaycanın hüquq-mühafizə orqanları genişmiqyaslı istintaq apararaq konkret günahkarları müəyyənləşdirdi. Amma beynəlxalq hüququn tələblərinə baxmayaraq, bu cinayətkarları ədalət qarşısına çıxarmaqdan Moskvadakı rəsmi dairələr imtina etdilər.
Birinci Qarabağ müharibəsi dövründə Rusiya Ermənistanı 1 milyard dollar dəyərində silahlarla təchiz etdi. Bu silahlardan və hərbi texnikadan istifadə edərək azərbaycanlıları öldürdülər, şəhər və kəndlərimizi işğal etdilər. General Lev Roxlinin dedikləri bu həqiqətləri təsdiq edir. Bundan əlavə, Rusiya desantçıları ermənilərin tərəfində döyüşlərdə iştirak etdilər və hələ də cəzasız qaldılar.
Daha sonra, 1990-cı illərdə Moskvanın Azərbaycana qarşı blokada siyasəti davam edirdi. 1994-cü ildə guya Azərbaycanın Çeçenistana hərbi yardım göstərməsi bəhanəsi ilə Rusiya sərhədləri bağladı və ölkəmizi beynəlxalq bazarlardan təcrid etməyə çalışdı. Di gəl, bu iddialar üçün heç bir dəlil təqdim edilmədi.
2020-ci ildən sonra Rusiya Qarabağ münaqişəsini "dondurmaq" üçün əlindən gələni etdi. Qarabağdakı Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirmək əvəzinə, çox vaxt erməni silahlı dəstələrinin qanunsuz hərəkətlərinə göz yumurdular. Hətta Rusiya sülhməramlı kontingentinin (RSK) zirehli texnikası silah-sursat və erməni hərbçilərini daşıyan maşınları müşayiət edirdi.
2023-cü ilin martında Ermənistanın "Hraparak" qəzeti yazırdı ki, RSK əməkdaşları hər bir ərzaq maşınının Qarabağa daxil olması üçün əvvəl 1000-2000 dollar, sonra isə 10 min dollar rüşvət tələb edirdilər. Bu hallar, həmçinin, korrupsiya faktları ilə bağlı rus sülhməramlılarının nüfuzuna kölgə saldı.
1980-ci illərin sonu Azərbaycana qarşı növbəti xəyanət dövrü idi. Erməni separatizmini açıq şəkildə dəstəkləyən Rusiya dairələri azərbaycanlılara qarşı törədilən zorakılıqları görməzdən gəldi. Bu siyasətin zirvəsi 1990-cı ilin yanvarında baş verdi. Sovet qoşunları Bakıya daxil olaraq "Qanlı Yanvar" kimi tarixə düşən qırğını törətdi.
2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etdi və onilliklər boyu davam edən işğala son qoydu. Bu qələbə region üçün dönüş nöqtəsi oldu. Rusiya təsirini qoruyub saxlamaq üçün münaqişəyə müdaxilə edərək atəşkəsin əldə olunması və Qarabağa sülhməramlıların yeridilməsinə nail oldu.
Bütün təxribatlara baxmayaraq, Azərbaycan öz prinsipial mövqeyində möhkəm dayandı.
Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdan sonra Kreml ritorikasını dəyişərək erməni rəhbərliyini tənqid etməyə başladı. Bu, ikili standartların növbəti nümunəsi idi. Moskvanın onilliklər boyu təzyiq aləti kimi istifadə etdiyi Qarabağ artıq onun siyasətinin vasitəsi olmaqdan çıxdı.
Rusiyanın Qarabağa müdaxilə tarixi onun ambisiyalarının və ədalətsizliyinin canlı sübutudur. Bu regionda Moskvanın hər addımı yerli xalqların mənafeyi üçün deyil, nəzarət istəyi ilə yönləndirilib.
Azərbaycan bütün dünyaya göstərdi ki, iradə gücü və prinsiplərə sədaqət ən çətin çağırışların öhdəsindən gələ bilər. İki əsr əvvəl başlayan Qarabağ faciəsi bu gün ədalətin qələbəsi ilə başa çatdı.
Bu dərslər unudulmamalıdır: azadlıq uğrunda mübarizə dayanmadan davam etdirilməli, tarix isə daim xatırlanmalıdır ki, bu faciələr bir daha təkrarlanmasın.
Azərbaycan xalqı və dövləti ədalət, tarixi məsuliyyət və hörmət tələb edir. Bu tələblər ultimatum deyil, lakin Kreml anlamalıdır ki, Bakı öz maraqlarını Moskvanın təsirindən asılı olmadan müdafiə etmək üçün resurslara, iradəyə və zamana malikdir.
Rusiyadakı bəlli dairələr özlərinə sual verməlidir: nə daha vacibdir - qürur, yoxsa sağlam düşüncə və praqmatizm? Ağıl və hörmət üzərində qurulan siyasət Moskvanın Azərbaycana olan qalan etibarını xilas edə bilər. Lakin vaxt azalır.
Bakı ilə əməkdaşlıq yolu yalnız qarşılıqlı hörmət əsasında mümkündür. Əks halda, tarix Rusiyaya daha bir dərs verəcək.
Azərbaycan hər zaman dialoqa və çətin məsələlərin birgə həllinə hazır olub. Lakin bu, susacağımız anlamına gəlməməlidir. Moskva keçmiş, indiki və gələcək məsuliyyətini xatırlamalıdır.
Həqiqət gec-tez üzə çıxacaq.
Elçin Alıoğlu TREND
Bu gün maarifpərvər və ictimai xadim, hər kəsin böyük xeyriyyəçi kimi
Qəzzada 470 gün davam edən müharibə bir çox yerləri yeksan edib.
Vladimir Putin ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiy
Moskvanın Lyublino rayonunda naməlum şəxs hər gecə həyətlərdən birind�
"Bu yaxınlarda belə bir hadisə oldu, deməli, bir xanımla eyni masada o
Türkiyənin Konya vilayətinin Səlcuqlu rayonunda yaşayış binasının uçma
Davos İqtisadi Forumunda Ermənistanın baş naziri Nikol Paşinyan bir daha d�
Xəbər verdiyimiz kimi, Türkiyənin Konya vilayətində dünən axşam saatla
İranda iki gənc qız həlak olmuş SEPAH əsgərlərinin xatirəsinə ucaldıl
Yaxın günlərdə xəbər verdiyimiz kimi, İraqda doqquz yaşlı qızlarla n
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qalmaqallı açıqlama verib.
Rumıniyada yaşayan və 5 gündür xəbər alınmayan Adriana Neaqoe adlı qad�
Yanvarın 24-də ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması po
Bu günlərdə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai f