"İslamda evlilik yaşı nə 18, nə 17, nə də 22dir"
Digərləri 25 Yan 2025 11:07:00 86 0
Yaxın günlərdə xəbər verdiyimiz kimi, İraqda doqquz yaşlı qızlarla nikaha icazə verilib.
Bu xəbəri də oxu: Pul ayrılır, amma keyfiyyətli iş olmur: Azərbaycanda startaplarla bağlı problemlər
İraqda əksər hallarda evlənmək üçün minimum yaş həddi 18 yaş müəyyən edilib. Bununla belə, dəyişikliklər din xadimlərinə "İslam qanunlarını şərhlərinə uyğun olaraq" qərar qəbul etməyə imkan verəcək. Din xadimlərinin bəziləri hesab edir ki, qızlar "erkən yeniyetməlik çağında" və ya doqquz yaşından ərə gedə bilərlər.
Bəs, həqiqətən də din 9 yaşlı qız uşağının evliliyinə icazə verirmi?
Məsələ ilə bağlı News24.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, bu hadisəni eşidən-bilən hər kəs kifayət qədər tədirgin olub, narahatlıq keçirdib.
Onun sözlərinə görə, müsəlman ölkələrində bu kimi qərarların qəbul edilməsi İslamla, Quranla, dinlə bağlı olan məsələ deyil.
"Ümumiyyətlə, uca dinimizin prinsiplərində konkret yaş məhdudiyyəti və yaxud senzi məsələsi yoxdur. Qurani-Kərimin "Nisa" surəsi var ki, xanımlarla bağlıdır. "Nisa" surəsinin 6-cı ayətində Rəbbimiz rüşd kəlməsini işlədir. Rüşd kəlməsi, əslində, yetkinlik yaşı, bir insanın ağıllı, təfəkkürlü, sərbəst qərar verməsi halını ifadə edir. Bu o deməkdir ki, İslam dininin bir bəydən və yaxud xanımdan istədiyi, tələb etdiyi o böyük məsuliyyət - yetkinlik tələbidir. Yəni, ailənin yaşı məsuliyyyət və yetkinlikdir, rüşd çağıdır. Nə 18, nə 17, nə də 22 yaşdır.
Bu gün dünyada da, ölkəmizdə də bu yaş 18 olaraq təyin olunub. Ancaq deyilmir ki, bir xanım 18 yaşına çatıbsa, mütləq ailə qurmalıdır", - deyə o qeyd edib.
İlahiyyatçı vurğulayıb ki, İraqda kaş 8 yaşında, 10 yaşında uşaqların təhsilə, karyeraya, elmə yiyələnməsi, böyük üniversitetlərdə oxuması üçün bir qərar qəbul ediləydi.
"Kaş ki, Quranın enən ilk ayəsinin qərarı veriləydi. Ancaq təəssüflər olsun ki, Quranda təyin olunmamış bir yaş senzini belə cəmiyyətlərdə İslam adına yaymaq həqiqətən də qorxunc və təhlükəlidir. Bu kimi hallar İslamla yox, həmin cəmiyyətlərin, ölkələrin sosial, isqitsadi, eyni zamanda, mədəni dəyərləri ilə bağlıdır. Bu cür qərarlar İslamın adı ilə bağlamaq dinə ləkədən başqa bir şey deyil", - deyə o əlavə edib. Son.az
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qalmaqallı açıqlama verib.
Rumıniyada yaşayan və 5 gündür xəbər alınmayan Adriana Neaqoe adlı qad�
Yanvarın 24-də ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması po
Bu günlərdə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai f
"Həyat Davam edir" serialı ilə məşhurlaşan türkiyəli aktrisa M
Ən çox şikayət olunan operator və provayderlərin adları açıqlanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu Kartalkayada oteldə baş ver
Ermənistanla Rusiya arasında əlaqələr problemli görünməsinə baxmayaraq
Sarımsaq yemək hər baxımdan faydalıdır. Amma həkimlər sarımsağı qayna
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
"Space" telekanalında yayıma başlayan "Tarixin bir günü"
"Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələri satışa
Kanada ABŞ-a 51-ci ştat kimi qoşulacağı təqdirdə ona əhəmiyyətli vergi