320 manatdan az pensiya alanların pensiyaları necə artırılacaq?
Digərləri 27 Yan 2025 11:53:00 101 0
"Əmək Pensiyları" haqqında Qanunda 320 manatdan az pensiya alanların pensiyalarının necə artırılacağı öz əksini tapıb.
Bu xəbəri də oxu: Bakıda parkda dava: Uşağını vuran qadını itələdi, ayağı sındı
Son.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, bu zaman pensiya məbləğindən asılı olaraq həm indeksləşdirmə, həm artım, həm də hər ikisinin tətbiqi mümkündür.
"Aydınlıq üçün izahatı keyslər üzərindən təqdim edək:
1. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 310 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdır. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları indeksasiya ilə artırılır. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır. Bu o deməkdir ki, həmin vətəndaşımızın pensiya məbləği 320 manata çatdırılmadan indeksləşdiriləcək. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir. Deməli, bu halda 310 manat pensiya alan vətəndaşımızın pensiya məbləği indeksləşdirmədən sonra 334.8 manat, yəni yeni minimum pensiya məbləğından çox olacaq.
Cərimələrin ödənilməməsi hallarında Dövlət Yol Polisi (DYP) bir sıra
Professor Nizaməddin Şəmsizadənin son vəziyyəti açıqlanıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əlahiddə Ü
Amerika öz hərbi strategiyasının gələcəyini dəyişdirə biləcək mühü
Avtomobil bazarında durğunluq müşahidə olunur. Satıcılar deyir ki, alıc�
Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə,
Vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə �
Trend beynəlxalq informasiya agentliyinin və Day.Az informasiya portalının s
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Yanvarın 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
"Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin
"Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlər�
Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şir
Onların üsulları ildırım hücumlarından uzunmüddətli strategiyalara qəd