Dolların dəyər qazanması manatın məzənnəsinə təsir göstərə bilərmi?


Digərləri 29 Yan 2025 00:48:00 101 0

Dolların dəyər qazanması manatın məzənnəsinə təsir göstərə bilərmi?

Amerika Birləşmiş Ştatlarının (ABŞ) 47-ci prezidenti seçilən Donald Trampın hələ hakimiyyətə gəlməzdən öncə ciddi iddialar irəli sürməsi, daha sonra inaqurasiya mərasimindəcə bir sıra sənədlərə imza atması dünya miqyasında geniş müzakirələrə səbəb olub. Analitiklər hesab edirlər ki, onun verdiyi bəyanatlar təkcə beynəlxalq siyasətə deyil, eyni zamanda qlobal iqtisadi proseslərə də ciddi təsir göstərə bilər. Seçkidən sonra ABŞ dollarının digər valyutalara nisbətən 2% güclənməsi qlobal ticarət və maliyyə bazarlarına təsir göstərə biləcək əsas amillərdəndir. Manatın ABŞ valyutasına bağlılığını nəzərə alsaq, dünya neft qiymətlərindəki dəyişikliklər, dolların dəyərə minməsi və s. kimi məsələlər Azərbaycanın milli valyutasının məzənnəsi ilə bağlı mövzuya nəzər salmağı labüd edir. Azərbaycanlı iqtisadçılar hesab edirlər ki, dünyada neftin qiymətində kəskin enmələr qeydə alınarsa, bu, ciddi risklər və narahatlıqlara gətirib çıxara bilər.

İqtisadçı Pərviz Heydərov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, manatın məzənnəsi, yəni onun digər valyutalara nəzərən dəyəri üzən məzənnə rejimi əsasında müəyyənləşmir - formalaşmır.

Onun sözlərinə görə, bu da ondan irəli gəlir ki, ölkəyə valyuta gəlirləri şaxəli xarakter daşımır və yalnız, bir kanal vasitəsilə təmin edilir: "Odur ki, xarici valyuta təklifi ancaq və ancaq bir mənbədən asılıdır. Bu da Dövlət Neft Fondudur, yəni ARDNF. Adı çəkilən quruma da xarici valyuta neft satışından daxil olduğu üçün əsas xarici valyuta qismində vəsait ABŞ dolları ilə əldə olunur. Odur ki, manat əslində, ABŞ valyutasından başqa heç bir xarici valyutaya bağlı deyil desək, daha düzgündür. Digər valyutalara münasibətdə dəyər də məhz dollara əsasən müəyyənləşir. Bir sözlə, demək istədiyim odur ki, ölkəmizdə milli pul vahidimizin dəyəri inzibati qaydada tənzimlənir".

Manatın dəyərə minməsini saxlamaq və bunun qarşısını almaq asandır...

İqtisadçı hesab edir ki, ölkədə neftin qiyməti yaxşı olduğu təqdirdə və çoxlusayda dollar daxil olduqda Mərkəzi Bank keçirdiyi hərraclarda müvafiq rıçaqlarla manatın dəyərə minməsinə mane olur, əksinə olduqda isə ucuzlaşmasına imkan vermir: "Sterilizasiya da qeyd olunan rıçaqlardan məhz birini təşkil edir və manatın məzənnəsinin inzibati qaydada qorunub saxlanılması üçün istifadə olunur.

Ümumiyyətlə, manatın dəyərə minməsini saxlamaq və bunun qarşısını almaq asandır. Belə ki, bundan ötrü dollar alışı həyata keçirmək kifayətdir. Bu, rəsmi valyuta ehtiyatlarının yüksəlməsi ilə nəticələnir. Məzənnənin enməsi təhlükəsi reallaşdıqda isə bunun qarşısını uzunmüddətli şəkildə almaq mümkün deyil. Çünki bu vaxt xarici valyuta ilə intervensiyaya ehtiyac yaranır ki, bu da rəsmi ehtiyatların həcminə bağlı bir məsələdir.

Məsələ bundadır ki, 2024-cü ildə valyuta bazarımızda sabitlik olub və Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb. 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. ABŞ dolları təşkil edib. O səbəbdən ki, neftdən daxil olan valyuta vəsaitləri qənaətbəxş olub".

İqtisadçının fikrincə, sözügedən tendensiyanın ən azından bu ilin ikinci yarısınadək də davam edəcəyi şübhə doğurmur: "Lakin ABŞ-nin yeni prezidenti D. Tramp hələ birinci Prezidentliyi dövründə Səudiyyə Ərəbistanı başda olmaqla, OPEC-i qiymətləri süni şəkildə 60 ABŞ dollarından yüksəkdə tutmaqda günahlandırırdı. D. Trampa görə neftin dünya bazar qiymətləri 50 dollardan aşağı olmalıdır. Bu, cari ildə olmasa da, növbəti ildə gerçəkləşə bilər. Hər şey mövcud geosiyasi münaqişələrin gedişatından asılı olacaq".

"O ki qaldı sterilizasiya əməliyyatlarına, yaxın perespektivdə bir sıra aspektlər nöqteyi-nəzərindən, hesab edirəm, buna çox lüzum olmayacaq. Mərkəzi Bank 2024-cü ildə sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Ümumiyyətlə, Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötən il 6.3 dəfə azalıb ki, cari ildə də vəziyyətin oxşar qalacağı şübhə doğurmur. Yeri gəlmişkən, 2024-cü ilin dekabr ayında büdcə xərclərinin icrası pul bazasının 1.7% artımına səbəb olub ki, bu da böyük rəqəm deyil", - P. Heydərov fikrini tamamlayıb.

Dolların güclənməsi və eyni zamanda neft-qaz qiymətlərinin aşağı düşməsi proqnozları manata təzyiqlərin yaranması ilə nəticələnə bilər...

İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra təbii olaraq dolların güclənməsi və eyni zamanda neft-qaz qiymətlərinin aşağı düşməsi ilə bağlı ehtimallar yüksəlib.

O bildirib ki, bu da manata müəyyən qədər təzyiqlərin yaranması ilə nəticələnə bilər: "Amma nəzərə almaq lazımdır ki, hökumət ölkədə makroiqtisadi tarazlığın qorunub saxlanması üçün manatın məzənnə stabilliyinə üstünlük verməkdədir. Son bir neçə ildə bu istiqamətdə gərgin işlərin aparıldığını biz görürük. Həmçinin, qarşıdakı dönəmdə də ölkənin həm valyuta ehtiyatları, həm də strateji tədbirlər çoxluğu imkan verir ki, manatın məzənnə stabilliyi qorunub saxlanılsın. Yəni hazırki makroiqtisadi vəziyyətdə dünya bazarında olan risklərin mövcudluğuna rəğmən manata olan təzyiqin hökumət tərəfindən qarşılanması üçün hər hansısa bir çətinliyin olmadığını deyə bilərik".

"Təbii ki, bütün hallarda son qərar yenə də hökumətin olacaq. Amma manatın devalvasiyası ilə bağlı zəruri addımların atılmasına hazırki iqtisadi şəraitdə heç bir ehtiyac yoxdur", - deyə E. Əmirov qeyd edib.

Məlumat üçün bildirək ki, ötən ilin dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,1 bənd, ilin əvvəlinə nisbətən 5,5 bənd, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 4,7 bənd çoxdur.

Eyni zamanda ötən ilin dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 122,6 bənd olub ki, bu da aylıq müqayisədə 2,8 bənd, ilin əvvəlinə nisbətən 1,2 bənd, 2023-cü ildəki göstəricilərə nisbətən isə 0,2 bənd çoxdur.

Azərbaycan ehtiyatları rekord həcmdədir...

İqtisadçı Xalid Kərimli isə Trend-ə açıqlamasında vurğulayıb ki, manatın məzənnəsini indiki səviyyədə saxlamaq hazırki məqamda dövlət üçün ciddi problem yaratmır.

O, 2023-cü ildə Mərkəzi Bankın ölkə iqtisadiyyatına pul buraxdığını, amma onu da əhalinin tələbatını yox, daha çox dövlətin müəyyən tədbirlərlə əlaqədar xərclərinin maliyyələşdirilməsi üçün etdiyini xatırladıb: "Yəni, biz ötən ilə baxanda görürük ki, istehlak məqsədilə idxalın həcmi heç 200 milyon dollar da artmayıb. Bu o deməkdir ki, əhalinin geyim, qeyri-ərzaq məhsullarına tələbatı böyük həcmdə artmayıb. Düzdü, idxal kəskin artıb, lakin bu artımda da əsasən dövlətin xərcləmələri rol oynayıb. Məsələn, Qarabağ və Şərqi Zəngəzurun bərpasına ötən ilin ortalarında sərf olunan vəsaitin həcmini 4 milyarddan 5 milyard manata qaldırıldı, müdafiə qabiliyyətinin artırılmasına 1 milyard əlavə pul xərcləndi. Bu il də müdafiə qabiliyyətinin artırılmasına 8,5 milyard manata qədər vəsait sərf olunacaq. Yəni, dövlət özü müdafiə qabiliyyətinin artırılmasına, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpasına bilərəkdən böyük vəsaitlər ayırır".

İqtisadçı fikrini belə izah edib ki, dolların istifadəsi həcminin artırılmasını vətəndaşdan çox dövlət özü edir: "Bu baxımdan neftin qiymətinin hələ 75-78 dollar olduğu məqamda belə, dövlətin dolların kursunun saxlaması kimi bir gərginliyi yoxdur. Çünki dediyim kimi, Mərkəzi Bankın və ARDNF-nin rezervləri yüksək səviyyədədir. Azərbaycan ehtiyatları rekord həcmdədir. Yəni, rezervlərimizin ümumi daxili məhsula nisbəti böyükdür, onların xarici borclara nisbəti 14-15 dəfə çoxdur, xarici valyutada olan borcun ümumi daxili məhsula nisbəti isə cəmi 7,5%-dir".

Hazırda manatın indiki səviyyədə saxlanması dövlət üçün problem deyil...

Donald Trampın hakimiyyətə gəlişindən sonra dünyada neft qiymətinin kəskin azalmasının gözlənildiyini deyən Xalid Kərimli, ABŞ prezidentinin Davos forumunda videomüraciətində iştirakçılara, xüsusən də OPEC ölkələrinə neftin qiymətinin aşağı salınması ilə bağlı çağırışı məsələsinə də toxunub. İqtisadçı hesab edir ki, əgər Tramp neft qiymətlərinin kəskin aşağı salınmasına nail olacaqsa, bu, Azərbaycan manatı üçün ciddi baş ağrısına çevrilə bilər: "Hazırki vaxtda neftin 45 dollarlıq intervalında tədiyə balansı sıfırlanır. Ötən ilin sonuna 5,5 milyard dollar profisit olub. 2024-cü ildə isə bu göstərici 16 milyard dollara bərabər olub. Yəni, göstəricilər 3 dəfə aşağı düşsə də, yenə də profisitlidir. Belə ki, ölkəyə daxil olan pul, çıxan pulu üstələyir. Bu baxımdan neft qiymətləri 45 dollara düşsə, bu sıfırlanacaq və ciddi risklər, narahatlıqlar yarana bilər".

"İndiki məqamda neft qiymətlərinin kəskin düşməməsi fonunda manatla bağlı heç bir təhlükə yoxdur. Azərbaycan büdcədə də neftin qiymətini 70 dollar kimi proqnozlaşdırıb. Xərclərini də ona uyğunlaşdırır.

İllik neft qiymətlərinin 10 dollar həcmində enməsi, 70 dollardan 60 dollara enməsinin tədiyə balansına təsiri 2,1 milyard manatdır. Bunun 400 milyon manatı büdcəyə, 1,7 milyard manatı isə Dövlət Neft Fonduna təsir edir. Yəni, heç neft qiymətlərinin 60 dollara qədər enməsi belə, hər hansısa bir təlaşa düşməyə əsas vermir", - deyə X. Kərimli mövzu ilə bağlı fikrini yekunlaşdırıb. Son.az

Bu meyvə sosial şəbəkələrdə saxtalaşdırılaraq satılır like
  • 29 Yan 00:41  
Digərləri Bu meyvə sosial şəbəkələrdə saxtalaşdırılaraq satılır

Sosial şəbəkələrdə keşyu fıstığının da hazırlanması videosu yaran�

arrow Ətraflı
İtaliyanın Baş naziri ilə bağlı araşdırma başladıldı like
  • 29 Yan 00:33  
Dünya İtaliyanın Baş naziri ilə bağlı araşdırma başladıldı

Roma prokurorları Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarı

arrow Ətraflı
Tanınmış aktyorun yeni peşəsi təəccübləndirdi  FOTO like
  • 29 Yan 00:25  
Şou-biznes Tanınmış aktyorun yeni peşəsi təəccübləndirdi FOTO

Türk teatrının sevilən adlarından olan aktyor Emre Kınay Londonda karyeras

arrow Ətraflı
“Hizbullah” lideri Nəsrullah sağdır: Livanda qəribə şayiələr yayılıb like
  • 29 Yan 00:15  
Dünya “Hizbullah” lideri Nəsrullah sağdır: Livanda qəribə şayiələr yayılıb

"Hizbullah" lideri Həsən Nəsrullahın sağ olması ilə bağlı nö

arrow Ətraflı
"Qadınları “maarifləndirib”, kişilərə qarşı qoyurlar" like
  • 29 Yan 00:08  
Digərləri "Qadınları “maarifləndirib”, kişilərə qarşı qoyurlar"

Gənclər arasında evliliyə maraq azalıb. İstər qızlar, istərsə də oğl

arrow Ətraflı
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək like
  • 29 Yan 00:02  
Digərləri Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

arrow Ətraflı
Günün qoroskopu: Yeni planlar qurmaq üçün əlverişli zamandır like
  • 29 Yan 00:01  
Digərləri Günün qoroskopu: Yeni planlar qurmaq üçün əlverişli zamandır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
"Bu qərarıma hələ də əməl etmirlər" like
  • 28 Yan 23:54  
Digərləri "Bu qərarıma hələ də əməl etmirlər"

Rusiya Prezidenti Vladimir Putin ölkə rəsmilərinin və dövlət şirkətlər

arrow Ətraflı
İsrail ordusu Livandan bu tarixdə çıxacaq like
  • 28 Yan 23:48  
Dünya İsrail ordusu Livandan bu tarixdə çıxacaq

Beyrut Hizbullah üzvləri və Livan vətəndaşlarının azadlığa buraxılmas

arrow Ətraflı
"Arada ona yazığım gəlir" like
  • 28 Yan 23:39  
Şou-biznes "Arada ona yazığım gəlir"

"Uşaq çox olanda adam deyir ki, biri bunu, o biri başqa şeyi etsin. Mə

arrow Ətraflı
Tramp onu Ağ Evə dəvət etdi like
  • 28 Yan 23:30  
Dünya Tramp onu Ağ Evə dəvət etdi

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu görüş

arrow Ətraflı
Zelenski Netanyahu ilə nə danışıb? like
  • 28 Yan 23:10  
Dünya Zelenski Netanyahu ilə nə danışıb?

Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsrailin Baş naziri Benyamin Netany

arrow Ətraflı
Şamil Sabiroğluna HÖKM OXUNDU like
  • 28 Yan 23:00  
Kriminal Şamil Sabiroğluna HÖKM OXUNDU

Külli miqdarda dələduzluqda təqsirləndirilən Zakir Məmmədov və Şamil �

arrow Ətraflı
"Qardaşıma söz verdim ki..." like
  • 28 Yan 22:57  
Şou-biznes "Qardaşıma söz verdim ki..."

"Qadağalar o vaxtlar daha ciddi idi. Ağır baxışlara qalib gəlmək bö

arrow Ətraflı
Bakıda parkda dava: Uşağını vuran qadını itələdi, ayağı sındı like
  • 28 Yan 22:46  
Digərləri Bakıda parkda dava: Uşağını vuran qadını itələdi, ayağı sındı

Bakıda parkda iki qadın arasında başlayan mübahisə məhkəmədə başa ça

arrow Ətraflı