Dişlərin sızıldamasından azad olmaq üçün "qızıl kimi"
Digərləri 30 Yan 2025 06:19:00 67 0
Əksər insanlar dişlərin həddindən artıq həssaslığı, isti, soyuq və ya turş qidalara qarşı reaksiya ilə qarşılaşırlar. Bu vəziyyət bir neçə səbəbdən yarana bilər.
Bu xəbəri də oxu: Abşeronda dayı bacısı qızını qətlə yetirdi
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə tibb elmləri namizədi, cərrah-implantolog, ortoped, paradontolog Maqomed Daxkilqov danışıb.
Onun sözlərinə görə, dişlərin həssaslığı zədələnmələr, mikroçatların əmələ gəlməsi və ya kariyes səbəbindən yaranır.
"Bundan əlavə, turş qidaların həddindən artıq qəbulu, ağardıcı pastalarla aqressiv təmizləmə, bruksizm və ya yaş dəyişiklikləri səbəbindən minanın nazikləşməsi nəticəsində dişlər daha həssas ola bilər. Diş köklərinin açılması, gingivit və ya paradontit də yüksək həssaslığa səbəb olur", - deyə stomatoloq vurğulayıb.
Bundan əlavə, həkim xəbərdarlıq edib ki, marketpleyslərdən alınan ağardıcı vasitələrdən istifadə diş ətlərinə zərər verə və dişlərə ziyan vura bilər.
O, diş həssaslığı ilə qarşılaşanlara problemin səbəbini dəqiq müəyyən etmək üçün stomatoloqa müraciət etməyi tövsiyə edib.
Qeyd edək ki, sitrus meyvələri (portağal, limon, qreypfrut), ananas və giləmeyvələr kimi bəzi meyvələr çoxlu miqdarda turşu ehtiva edir. Turşular minanı yumşalda, onu eroziya və çürüməyə qarşı daha həssas edə bilər. Xüsusilə limon sormaq və ya turş şirələr içmək zərərlidir, çünki bu, turşunun dişlərlə təmas müddətini artırır. Buna görə, həm meyvə və tərəvəzlərin faydalarından yararlanmaq, həm də dişlərə zərər verməmək üçün onları yeyəndən sonra dişləri təmizləmək, yaxud ağzı yaxalamaq tövsiyə olunur. Şirələri dişlərlə təması minimuma endirmək üçün xüsusi çöplərlə içmək də olar. Son.az
Hindistanın Andhra Pradeş ştatında 35 yaşlı qadın düyməli mobil telefon
Türkiyənin tanınmış aktrisası Melisa Aslı Pamuk futbolçu həyat yoldaş�
Rukkola (argula) müntəzəm olaraq istehlak edilərsə, immuniteti, ürək-dama
Nevrologiya mütəxəssisləri Prof. Dr. Ahmet Erdem və Prof. Dr. Lütfü Hano�
Yanvar ayının əvvəllərində evlənən çinli cütlük, 20 il əvvəl bağç
ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (
Rəqqasə Fatimə Fətəliyeva sosial media hesabındakı paylaşımı ilə diqq
00:24 Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü h�
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə səfərə gəlir.
Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilən bələdiyyə se�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Ölçüsü kiçik, qiyməti isə az qala mənzillərlə eynidir.
Türkiyənin Afyonkarahisar şəhərində 38 yaşlı gənc qrip şikayəti ilə
"Atamın vəziyyəti kritik olaraq qalır. Danışmır, yaxınlarını tan�
Son illər Bakıya qar yağmaması birmənalı qarşılanmır. Zaman-zaman media