Cərimələnən sürücülərin NƏZƏRİNƏ! Bu halda...
Digərləri 27 Yan 2025 11:50:00 103 0
Cərimələrin ödənilməməsi hallarında Dövlət Yol Polisi (DYP) bir sıra qanuni tədbirlər həyata keçirir.
Bu xəbəri də oxu: Azərbaycanda qadın falçının bu sözlərindən sonra "dəli" oldu
Son.az xəbər verir ki, əsas məqsəd cərimələrin vaxtında ödənilməsini təmin etməklə yanaşı, sürücülərin yol hərəkəti qaydalarına riayət etməsinə təşviq etməkdir.
Cərimələrin ödənilmədiyi hallarda hansı tədbirlər görülür? Gecikdirilən cərimələrə əlavə ödənişlər və ya faizlər tətbiq olunurmu?
Bu suala cavab tapmaq üçün Bakı Şəhər DYP İdarəsinə müraciət etdik. İdarənin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli baku.ws-ə bildirdi ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır:
"Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir.
Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir".
Professor Nizaməddin Şəmsizadənin son vəziyyəti açıqlanıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əlahiddə Ü
Amerika öz hərbi strategiyasının gələcəyini dəyişdirə biləcək mühü
Avtomobil bazarında durğunluq müşahidə olunur. Satıcılar deyir ki, alıc�
Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə,
Vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə �
Trend beynəlxalq informasiya agentliyinin və Day.Az informasiya portalının s
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Yanvarın 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
"Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin
"Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlər�
Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şir
Onların üsulları ildırım hücumlarından uzunmüddətli strategiyalara qəd
Astroloqların proqnozlarına görə, yanvar ayının sonuna qədər bəzi bürc