Pensiyalar gələn ay artırılmış məbləğdə veriləcək
Digərləri 28 Yan 2025 21:28:00 76 0
Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.
Bu xəbəri də oxu: "Qaynar xətt"ə indiyədək 35ə yaxın müraciət daxil olub Rövzət Qasımov
Son.az report-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
Qeyd edilir ki, artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib.
İclasda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilki fəaliyyətinin nəticələri diqqətə çatdırılıb. Muxtar respublikada sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası, DOST infrastrukturunun qurulması, sosial xidmət və reabilitasiya şəbəkəsinin genişləndirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində görülən işlərə dair təqdimat edilib.
Xəbər verdiyimiz kimi, "Ford"un rəsmi saytında öz avtomobilləri
İranın nüvə obyektlərinə hücum etmələri İsrail və ABŞ-ın ağılsız
Xudat şəhərində 1979-cu il təvəllüdlü Kənan evlənmək məqsədilə yet
Paşinyan Ermənistanın milli təhlükəsizlik strategiyasında dəyişiklik et
Ölkə üzrə avtomobillərin 45 faizi Bakı və Abşeron qeydiyyatındadır.
44 günlük Vətən müharibəsində qardaşı şəhid olduğu üçün ifaçıl�
Son vaxtlar bəzi klinikalarda aparılan yoxlamalar, xüsusilə, estetik cərrah
"Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygwn Kazımova şou-əhlini başına yı�
İstanbulda özbəkistanlı iş adamı A.K. 2,5 milyon pul qarşılığında qa�
Komitə sədri yas mərasimlərindən danışdı
Salyanda baş verən yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
Türkiyənin Hatay vilayətinin Antakya rayonunda fevralın 6-da baş verən zə