"Qaynar xətt"ə indiyədək 35ə yaxın müraciət daxil olub Rövzət Qasımov
Digərləri 29 Yan 2025 21:03:00 88 0
Səsvermə başa çatıb. İlkin təəssürat budur ki, səsvermə seçkilərlə bağlı qanunvericiliyə uyğun keçirilib.
Bu xəbəri də oxu: Yeməklərinizi bu formada isitməyin Hormonları dəyişdirir:
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ictimaiyyət fəallıqla prosesə qoşulub:
"Prosesin gedişi məqbul dəyərlədirilə bilər. İdeallıqdan danışmaq o qədər də səmimi olmaz. Səsvermə kifayət qədər şəffaf və ədalətli keçdi".
Rövzət Qasımov əlavə edib ki, hələlik heç bir rəsmi və qeyri-rəsmi şikayət daxil olmayıb:
""Qaynar xətt"ə indiyədək 35-ə yaxın müraciət daxil olub. Əsasən sorğu tipli müraciətlərdir. Məlumatları dəqiqləşdirib müraciət edənlərə məlumat vermişik".
"Müşahidəçilərin qənaəti kifayət qədər müsbətdir. Bundan məmnunuq. Ümid edirik ki, seçki prosesi başa çatanadək hadisələr bu minvalla davam edəcək", - sədr müavini qeyd edib.
Qeyd edək ki, bu gün saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Son.az
72 yaşlı meksikalı aktrisa Lin Mey bir sıra plastik əməliyyatlar keçirdik
Fransa Prezidenti Emmanuel Makronun Fransua Bayrunu Baş nazir postuna təyin e
Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı mü�
"Bir sənədli filmdə gördüm ki, makiyaj əslində kişilər üçün yar
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin C
Bakının Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edilib.
Dubaydan Moskvaya uçan "Boeing"sərnişin təyyarəsi Xəzər dənizi
Alimlər simvolik "Qiyamət saatı"nın əqrəblərini "nüvə ge
Mikrodalğalı sobada yemək isitmək zərərlidir?
Almaniyada istehlak göstəricisi mənfi 22,4 punkta düşüb.
Bakı şəhəri, Nizami rayonunda yerləşən restoranların birinin icarədarı