Sürücülərə ŞAD XƏBƏR: yeni yollar çəkiləcək, tıxaclar azalacaq
Digərləri 28 Yan 2025 20:29:00 103 0
"Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır".
Bu xəbəri də oxu: Şirniyyatı "ürəyimiz" yox, bağırsaqlarımız istəyirmiş
Son.az xəbər verir ki, bu barədə AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.
AYNA sədri əlavə edib ki, vahid, əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlanıb və onun iki əsas istiqamət var:
"Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzə edilib. Bu layihələr üç dairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. Altı digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın".
Anar Rzayev Prezident İlham Əliyevə 20 Yanvar layihəsi haqqında da əlavə məlumatı təqdim edib:
"Bu, kifayət qədər kompleks mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılmışdır. Nəticədə böyük bir simulyasiya hazırlanmışdır. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaqdır".
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygwn Kazımova şou-əhlini başına yı�
İstanbulda özbəkistanlı iş adamı A.K. 2,5 milyon pul qarşılığında qa�
Komitə sədri yas mərasimlərindən danışdı
Salyanda baş verən yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
Türkiyənin Hatay vilayətinin Antakya rayonunda fevralın 6-da baş verən zə
"Metronun inkişaf ssenariləri təhlil olunub və ən optimal ssenari simu
Cəlilabad şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.
Bu həftə bürcün bəzi əlamətləri üçün maliyyə baxımından xüsusilə
Bakı şəhəri, Nərimanov rayonu ərazisində oğurluq hadisəai yaşanıb.
Hindistanın keçmiş Cammu və Kəşmir ştatında naməlum xəstəliyin yayıl
Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küç
"Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Pr
Yanvarın 18-də vəfat edən Azərsun Holdinq MMC-nin Müşahidə Şurasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia