“Bu, Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir”
Digərləri 28 Yan 2025 19:30:00 86 0
"Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Prezidentinin "deep-fake" texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilmiş, habelə Xarici İşlər Nazirliyi adından "Azərbaycan Hava Yollarına" məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əks etdirməyən, feyk məlumat yayılıb".
Bu xəbəri də oxu: "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı
Son.azxəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
"Qəti şəkildə bildirmək istəyirik ki, heç bir reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Eyni zamanda, dövlətin rəsmi mövqeyini ifadə edən müvafiq məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytı və sosial media hesablarından əldə edə bilərsiniz", - məlumatda bildirilib.
Açıqlamada qeyd olunub ki, Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bir daha bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Yanvarın 18-də vəfat edən Azərsun Holdinq MMC-nin Müşahidə Şurasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Filologiya elmləri doktoru Hikmət Quliyev AMEA-nın Folklor İnstitutuna direk
Ağ Ev ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın rəsm
İran Dövlət Radio və Televiziyasının müxbiri İsrail tərəfindən saxlan
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına sədr müavini t�
Rusiya ordusu Xarkov vilayətinin Dvureçnaya yaşayış məntəqəsini ələ ke
Xalq şairi Ramiz Rövşənin dövlət tərəfindən ikinci dəfə mənzillə t�
Yanvarın 26-da Qazaxıstanın "FlyArystan" aviaşirkətinə məxsus t
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göyçay
Müğənni və aparıcı Məhin Hümbətova etirafı ilə diqqət çəkib.
2024-cü il dekabr ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondu
Türkiyədə xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində rəqs müsabi