Plastik cərrahların nəzərinə: yanvarın 31dən sonra sənəd qəbulu dayandırılır
Digərləri 27 Yan 2025 11:26:00 79 0
Vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Bu xəbəri də oxu: Tənzilə Rüstəmxanlıdan şəhidlərlə birgə Hacı Şahinə salavat gətirilməsinə ETİRAZ FOTO
Bu barədə Son.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
Trend beynəlxalq informasiya agentliyinin və Day.Az informasiya portalının s
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Yanvarın 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
"Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin
"Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlər�
Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şir
Onların üsulları ildırım hücumlarından uzunmüddətli strategiyalara qəd
Astroloqların proqnozlarına görə, yanvar ayının sonuna qədər bəzi bürc
Tədqiqatlar göstərir ki, işlənmiş ətlər (məsələn, sosis və basdırma
Məşhur türkiyəli aktyor Çağatay Ulusoy yaxın zamanda "Eşref Rüya&q
Amerikalı jurnalist Kendis Ouens Fransa prezidenti Emmanuel Makronun arvadı Br
Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətində problem yaranıb.
Aktyor Taleh Yüzbəyov yeni filmi ilə bağlı paylaşım edib.
Vayfay şəbəkələrinin geniş istifadəsi, eyni zamanda, təhlükəsizlik mə