Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçinin işi Ali Məhkəmədə
Digərləri 27 Yan 2025 11:58:00 86 0
Ali Məhkəmədə Sumqayıtda məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Son.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 28-nə təyin edilib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd: Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./pravda.az
"Əmək Pensiyları" haqqında Qanunda 320 manatdan az pensiya alanlar
Cərimələrin ödənilməməsi hallarında Dövlət Yol Polisi (DYP) bir sıra
Professor Nizaməddin Şəmsizadənin son vəziyyəti açıqlanıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əlahiddə Ü
Amerika öz hərbi strategiyasının gələcəyini dəyişdirə biləcək mühü
Avtomobil bazarında durğunluq müşahidə olunur. Satıcılar deyir ki, alıc�
Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə,
Vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə �
Trend beynəlxalq informasiya agentliyinin və Day.Az informasiya portalının s
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Yanvarın 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
"Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin
"Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlər�
Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şir