Paşinyan "arada qalıb" Gizli "oyun" üzə çıxır
Siyasət 25 Yan 2025 10:10:00 83 0
Ermənistanla Rusiya arasında əlaqələr problemli görünməsinə baxmayaraq strateji müttəfiqlik səviyyəsində qalır. Xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla son görüşündə verilən bəyanatlar bunu bir daha təsdiq edir. Belə ki, Lavrov mətbuat konfransında əlaqələri müsbət qiymətləndirərək Ermənistanın Rusiya üçün vacib bir ortaq olduğunu qeyd edib.
Bu xəbəri də oxu: Azərbaycan XİNdən Paşinyana CAVAB
Rəsmən Qərbə inteqrasiya meyilləri göstərsə də Paşinyan hakimiyyəti problemi imitasiya edir. Bununla yanaşı, Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiyini söyləmək olar. Sanksiyaların təsirini azaltmaq üçün Ermənistan vasitəsi ilə reeksport edilən malların həcmi rekord səviyyəyə çatıb. Bu proses iki ölkə arasındakı ticarət dövriyyəsinin 12 milyard dolları keçməsi ilə nəticələnib ki, bu da tərəflərin məmnunluğun göstəricisidir.
Ekspertlərin fikrincə bu ticarət dövriyyəsinin kökündə reeksportun dayanması faktı Qərb dövlətlərinə də, Rusiyaya da məlumdur. 2023-cü ilin statistikaları göstərir ki, Rusiya Belarus (52,7%) və Ermənistanın (41,1%) əsas ticarət ortaqlarından biridir. Bu faktlar sözügedən faktiki əməkdaşlıqla üst-üstə düşür.
Reeksport üzərində qurulan bu modelin siyasi tərəfi daha maraqlıdır. Paşinyan və Putin arasındakı siyasi dialoq görünəndən daha çox "gözə kül üfürmə" strategiyasına bənzəyir. Moskva və Yerevan üzdə əsas məsələlərdə problem yaratmış kimi davransa da, pərdəarxası proseslər ticarət və siyasi maraqları qorumaqla nəticələnir.
Paşinyanın üzdə Rusiyanı düşmən kimi təqdim edib, qərblə əlaqələrinin möhkəmlətməyə çalışması Ermənistanın şərq və qərb arasında özəl geosiyasi rola sahib olduğunu nümayiş etdirir. Bu yanaşma, əslində, Rusiyanı Ermənistanla daha yaxın strateji əməkdaşlığa təhrik edir. Ticarət və reeksport üzərində qurulan bu əlaqələrin əsas aktyorları məhz iki ölkənən liderləridir. Bu, tərəflərin iqtisadi və siyasi maraqlarına cavab verir.
Belə nəticəyə gəlmək olar ki, Ermənistan və Rusiya arasında "problem imitasiyası" sadəcə oyundur. Bu prosesdə əsas rolları oynayan Putin və Paşinyanın məqsədi əslində reallığı gizlədərək həm daxili, həm də xarici ictimai rəyi manipulyasiya etməkdir. Paşinyan bir tərəfdən Qərbin diqqətini çəkərək onun dəstəyini qazanmağa çalışır, digər tərəfdən isə Rusiya ilə strateji tərəfdaşlığını dərinləşdirir. İki ölkə arasındakı bu "problemlər" isə əslində teatr səhnəsinə bənzəyir - məqsəd Rusiya ilə sıx iqtisadi əlaqələrini davam etdirmək, eyni zamanda Qərbin mümkün reaksiyalarını yumşaltmaqdır.
Bu yanaşma Ermənistanın siyasi və iqtisadi maraqlarını qorumaq üçün iki əsas güc arasında balans yaratmağa çalışdığına işarədir. Reeksport məsələsi isə bu prosesin əsas hissəsidir. Rusiya üçün Ermənistan Qərbin sanksiyalarından yayınmaq üçün mühüm tranzit ölkəyə çevrilib və Paşinyan hökuməti bununla bağlı hər hansı ciddi əngəl yaratmır. Əksinə, iqtisadi əlaqələrin genişlənməsi bu ittifaqın davamlılığını göstərir. Paşinyanın və Putinin "oyunu" reallıqda Ermənistanın Rusiyaya olan asılılığını daha da artırır. Bu isə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür.
İslam Son.az
Sarımsaq yemək hər baxımdan faydalıdır. Amma həkimlər sarımsağı qayna
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
"Space" telekanalında yayıma başlayan "Tarixin bir günü"
"Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələri satışa
Kanada ABŞ-a 51-ci ştat kimi qoşulacağı təqdirdə ona əhəmiyyətli vergi
Astrologiya uzun müddətdir ki, ulduzların və planetlərin insanın taleyinə
Ukraynalı "kriminal avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski&q
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda hoteldə baş ver
2024-cü ilin dekabrın 31-də Sumqayıtda ehtiyatsızlıq nəticəsində yanan
Donald Tramp administrasiyası dövründə ABŞ-nin müdafiə katibi vəzifəsin
Bildiyimiz kimi, ötən ilin avqust ayından başlayaraq taksi sürücülərinin
Ross Geller obrazı ilə tanınan aktyor David Schwimmer özündən təxminən 3