Azərbaycan XİNdən Paşinyana CAVAB
Siyasət 26 Yan 2025 14:01:00 87 0
25 yanvar tarixində Ermənistan Baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür.
Bu xəbəri də oxu: Avropa İttifaqı yenə Bakı qazına möhtacdır
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı irəli sürdüyü iddialarla bağlı şərhində bildirilib.
Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib.
Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır.
Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan Baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma "müstəqillik" münasibətilə təbrik etdiyini heç kim unutmayıb.
Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əmməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir.
Dünyada cinsiyyət dəyişdirmə əməliyyatları müxtəlif səbəblərdən ge
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün m
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İran ərazisindən keçən ən
İsmayıllıda virusla bağlı bir nəfərin öldüyü bildirilir.
Abşeron rayonunun Məmmədli kəndində piyadanın xəsarət alması ilə nəti
Bakıda motosiklet sürücüsü polisə tabesizlik göstərib, yüksək sürətl
Koreya Xalq Demokratik Respublikası (KXDR) yanvarın 25-də sualtı bazalaşdı
Azərbaycanda gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Dubay şokoladı yeni qastronomik trendə çevrilib. Dünyanın hər yerindən i
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara sosial şəbəkələrdə "
Albaniya Tiranada Vatikan tipli dövlət yaradacaq.
Yanvarın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Sevgi bəzən ən gözlənilməz anlarda, məkanlarda başlayır və möhtəşə