"ŞimalCənub Nəqliyyat Dəhlizinin ən yaxşı marşrutu Xəzər dənizinin qərbindəki istiqamətdir"


Digərləri 26 Yan 2025 13:22:00 96 0

"ŞimalCənub Nəqliyyat Dəhlizinin ən yaxşı marşrutu Xəzər dənizinin qərbindəki istiqamətdir"

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İran ərazisindən keçən ən yaxşı marşrut Xəzər dənizinin qərbində Astara vasitəsi ilə olan marşrutdur.

Bu xəbəri də oxu: Bu bürclər ay sonuna qədər

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yollarının rəhbəri Cabbarəli Zakeri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımanın həcmini maksimum şəkildə artırmaq lazımdır. Hazırda bu dəhliz çərçivəsində İran ərazisində dəmiryolunun tikilməsi olan hissə Rəşt-Astara hissəsidir. Hazırda İran, Rusiya və Azərbaycan bu layihənin əhəmiyyətini tam şəkildə anlayır və onun icra olunması üzrə yekdil rəyə sahibdir.

Zakeri deyib ki, İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə müzakirələr aparıldı. Qərara alındı ki, İran hökuməti tərəfindən bir il ərzində dəmiryolu xəttinin keçdiyi ərazinin mülkiyyəti məsələsi həll olunsun və Rusiya dövlətinin krediti əsasında dəmiryolu 4 il ərzində tikilsin. Bu ərazinin mülkiyyətinə gəldikdə, ərazinin böyük hissəsi mənzillərin yerləşdiyi ərazi deyil.

Nazir müavini qeyd edib ki, hazırda dəmiryolu xəttinin tikintisi üzrə layihə ilkin tədqiqat mərhələsindədir. Layihə çərçivəsində ikinci mərhələ (ərazinin mülkiyyəti) başa çatmalıdır ki, yekun kredit məbləği müəyyənləşsin. Lakin İran tərəfi bu dəmiryolu xəttinə 1,5-2,5 milyard dollar dəyərində vəsaitin xərclənəcəyini təxmin edir.

Zakeri əlavə edib ki, beləliklə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yükdaşıma illik 3 milyon tondan ildə 15 milyon dona yüksələcək.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin - Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt - Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

İsmayıllıda virusla bağlı bir nəfər öldü like
  • 26 Yan 13:14  
Digərləri İsmayıllıda virusla bağlı bir nəfər öldü

İsmayıllıda virusla bağlı bir nəfərin öldüyü bildirilir.

arrow Ətraflı
Abşeronda hadisə  qadın ağır travma aldı like
  • 26 Yan 13:03  
Digərləri Abşeronda hadisə qadın ağır travma aldı

Abşeron rayonunun Məmmədli kəndində piyadanın xəsarət alması ilə nəti

arrow Ətraflı
Polisə tabesizlik göstərən motosiklet sürücüsü saatda 160 km sürətlə ərazidən qaçdı like
  • 26 Yan 12:53  
Digərləri Polisə tabesizlik göstərən motosiklet sürücüsü saatda 160 km sürətlə ərazidən qaçdı

Bakıda motosiklet sürücüsü polisə tabesizlik göstərib, yüksək sürətl

arrow Ətraflı
Şimali Koreya yeni raketin sınağını keçirdi like
  • 26 Yan 12:42  
Dünya Şimali Koreya yeni raketin sınağını keçirdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) yanvarın 25-də sualtı bazalaşdı

arrow Ətraflı
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək? like
  • 26 Yan 12:32  
Digərləri Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?

Azərbaycanda gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Siyəzəndə qadın dəm qazından boğularaq öldü like
  • 26 Yan 12:24  
Digərləri Siyəzəndə qadın dəm qazından boğularaq öldü

Siyəzəndə qadın dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Dünyanın şirniyyat trendi “Dubay şokoladı” necə yarandı?  MARAQLI like
  • 26 Yan 12:16  
Digərləri Dünyanın şirniyyat trendi “Dubay şokoladı” necə yarandı? MARAQLI

Dubay şokoladı yeni qastronomik trendə çevrilib. Dünyanın hər yerindən i

arrow Ətraflı
Sosial şəbəkələrdə bu paylaşımlar yalandır like
  • 26 Yan 12:14  
Digərləri Sosial şəbəkələrdə bu paylaşımlar yalandır

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara sosial şəbəkələrdə "

arrow Ətraflı
Avropada yeni müsəlman dövləti yaranır: sərhədsiz… like
  • 26 Yan 12:02  
Dünya Avropada yeni müsəlman dövləti yaranır: sərhədsiz…

Albaniya Tiranada Vatikan tipli dövlət yaradacaq.

arrow Ətraflı
Sabah Bakıda hava çiskinli, rayonlarda 15 dərəcə şaxta olacaq like
  • 26 Yan 11:59  
Digərləri Sabah Bakıda hava çiskinli, rayonlarda 15 dərəcə şaxta olacaq

Yanvarın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Azərbaycanlı xasiyyətinə sahib rumıniyalı kürəkən: Telefonu “ana qurban” deyərək açır like
  • 26 Yan 11:52  
Digərləri Azərbaycanlı xasiyyətinə sahib rumıniyalı kürəkən: Telefonu “ana qurban” deyərək açır

Sevgi bəzən ən gözlənilməz anlarda, məkanlarda başlayır və möhtəşə

arrow Ətraflı
Xoşbəxt insanlar niyə tənha olur? like
  • 26 Yan 11:46  
Digərləri Xoşbəxt insanlar niyə tənha olur?

"British Journal" dərgisinin apardığı araşdırmalara görə, asos

arrow Ətraflı
Ancelina Coli "Oskar" namizədləri siyahısınasalınmadı like
  • 26 Yan 11:35  
Şou-biznes Ancelina Coli "Oskar" namizədləri siyahısınasalınmadı

Məşhur amerikalı aktrisa Ancelina Coli opera müğənnisi Mariya Kallas obraz

arrow Ətraflı
Planetin ən yaşlı dövlət başçısı yenidən prezident olmaq istəyir like
  • 26 Yan 11:29  
Dünya Planetin ən yaşlı dövlət başçısı yenidən prezident olmaq istəyir

Kamerun Prezidenti Pol Biya bu il oktyabrın 12-nə təyin edilmiş prezident se

arrow Ətraflı
Günelin paylaşımı diqqət çəkdi like
  • 26 Yan 11:21  
Şou-biznes Günelin paylaşımı diqqət çəkdi

Müğənni Günel Zeynalova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı