Xoşbəxt insanlar niyə tənha olur?


Digərləri 26 Yan 2025 11:46:00 76 0

Xoşbəxt insanlar niyə tənha olur?

"British Journal" dərgisinin apardığı araşdırmalara görə, asosial insanlar daha xoşbəxt və cəmiyyət üçün faydalı ola bilir.   Günümüzdə sosial həyatın nə qədər trend olmasına, sosial şəbəkələrin nə qədər populyar olmasına baxmayaraq intellektual və sosial həyatdan qaçan yaradıcı adamların özünü daha çox xoşbəxt hiss etməsinə diqqət edən psixoloqlar bunun səbəblərini araşdırıb.   Səbəblərdən birincisi insanların genetik yaddaşı ilə bağlıdır. Babalarımızın kəndlərdə kiçik qruplar şəklində yaşaması bizi şəhər qələbəliyinə hələ də yad edir. Tayfalar, nəsil şəcərələri formasında yaşayış insanlar üçün daha rahatdır.   İnsan ibtidai formada mədəni situasiyalara malik olmadığı üçün sivilizasiyanın inkişafı ona müəyyən mənalarda çətin göründü. O, sosial varlıq olmadığı üçün mədəni həyatın konturları içində sıxılırdı. Psixoloqlar bunu təhtəlşüurumuzdakı narahatlıqla əlaqələndirir. 35 mindən çox adamın iştirak etdiyi sorğuda psixoloqlar müxtəlif millətdən, müxtəlif irqdən və mədəniyyətdən olan adamların mədəni-ictimai həyatdan, qlamur, bərbəzəkli, elitar məkanlardan uzaq gəzdiyini, daha səmimi və "pinti" məkanlara maraqlı olduğunun şahidi olublar.   18-28 yaş intervalında olan adamların qatıldığı sorğuda özünü xoşbəxt hiss edənlərin əksəriyyəti intellektual və təklikdə qalmağı sevən insanlardı.   Buna ikinci səbəb isə tək adamların problemlərə daha adekvat yanaşmasıdır. Tək və köməkçisiz insanların alternativ yollar axtarması onların düşdükləri çətin vəziyyətdən daha tez və sərfəli yollarla çıxmasına şərait yaradır. Bu cür adamların həyatı sonrakı dövrlərdə daha çox uğurlu olur. Tək qalmış və ya özünü sosial həyatdan təcrid etmiş insanlar real şansları daha yaxşı dəyərləndirə bilir.   Sənət camiəsinin nümayəndələri də araşdırmalarda fərqlənənlər siyahısındadır. Utopik, irreal, fərqli və yaradıcı dünyasına sığınanlar, rasional ideologiyaları kəskin tənqid edənlər də sosial auradan kənarda xoşbəxt olmağı bacaranlardandır. Ənənəvi üsulları, etik qaydaları, mental və populist ictimai düşüncəni qınayan kəslər həyatı daha ciddi və rəngarəng yaşadığı üçün öz fikirlərinə ortaq tapa bilmirlər.   Sorğuda iştirak edənlərin çoxu "sosial mühitdə necə xoşbəxt olursunuz?" sualına "sosial mühitdən çıxdıqdan sonra" cavabını veriblər. Onlar özlərini tək və daha yaradıcı işlərlə məşğul olanda xoşbəxt hiss etdiklərini vurğulayıblar.   Bir neçə il qabaq eyni dərgidə eyni mövzuda bir araşdırmanın nəticəsi belə idi: "21-ci əsr kütləviliyin fonunda fərdiyyətin qabardıldığı yüzillikdir". Şəxsi fikirlərin hökm kimi diqtə olunduğu əsrdə insanların sosiallığa qaçması, həm də bu bürkülü tünlüyün içində özlərini narahat hiss etməsi həm də fərdi eqonun kütləvi eqodan yüksəkdə dayanmasına əsaslanır. Eqo bizi çevrəmizdəki adamların fikirlərinə müxalif etdiyi üçün sosial tələbatın etik qaydalarına cavabdeh ola bilmirik.   Sosial çevrəsi olmayanların özlərini daha xoşbəxt hiss etmələrinin üçüncü səbəbi eqolarının heç bir fikir altında əzilməməsi, onların həqiqətlərinin daha böyük görünməsi, onlara lazım olan bütün cavabların, əslində, sorğu-sualsız onlara aydın olmasıdır.   İnsanların özlərinə bir dost çevrəsi yaratması və o çevrənin içində periodik olaraq rutin həyat yaşaması normaldır. İntellektual və yaradıcı kəsim üçün isə bunun bir o qədər fərqi yoxdur. Yuxarıda qeyd etdiyimiz həmin araşdırma bunun daha bir səbəbinin də atalar və oğullar ideyasının zəki adamlar üçün daha formal xarakter daşıdığını sübut edir. Keçmişdə olan bütün səhvləri ənənə ilə əlaqələndirən intellektuallar avanqard və postreal həyat tərzinə üstünlük verir.   Xoşbəxtliyi yaradan hormonların 65 faizi birbaşa kədər, sıxıntı, sosial izolyasiya ilə bağlı olduğu üçün xoşbəxtliyi əldə edənlərin də çoxu təkliyi, asosiallığı seçənlərdir. Bütün hallarda içimizdəki potensial təklik qədər xoşbəxt olmaq xeyrimizə olacaq. Sosial trendlərin, ictimai brendlərin təsiri ilə üzümüzdə gülüş yaradan bütün səbəblər mədəni inkişafımızın qarşısındakı ən böyük əngəldir./Kulis.az

Bu xəbəri də oxu: Azərbaycan elminə ağır itki

Ancelina Coli "Oskar" namizədləri siyahısınasalınmadı like
  • 26 Yan 11:35  
Şou-biznes Ancelina Coli "Oskar" namizədləri siyahısınasalınmadı

Məşhur amerikalı aktrisa Ancelina Coli opera müğənnisi Mariya Kallas obraz

arrow Ətraflı
Planetin ən yaşlı dövlət başçısı yenidən prezident olmaq istəyir like
  • 26 Yan 11:29  
Dünya Planetin ən yaşlı dövlət başçısı yenidən prezident olmaq istəyir

Kamerun Prezidenti Pol Biya bu il oktyabrın 12-nə təyin edilmiş prezident se

arrow Ətraflı
Günelin paylaşımı diqqət çəkdi like
  • 26 Yan 11:21  
Şou-biznes Günelin paylaşımı diqqət çəkdi

Müğənni Günel Zeynalova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Prezident Avstraliya İttifaqının GeneralQubernatorunu təbrik etdi like
  • 26 Yan 11:16  
Siyasət Prezident Avstraliya İttifaqının GeneralQubernatorunu təbrik etdi

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta M

arrow Ətraflı
Xəsətxanalarda elektron reseptlər tətbiq edilir?  Nazirlikdən AÇIQLAMA like
  • 26 Yan 11:13  
Digərləri Xəsətxanalarda elektron reseptlər tətbiq edilir? Nazirlikdən AÇIQLAMA

Hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində yalnız

arrow Ətraflı
Mərdəkanda partlayış  xəsarət alan var like
  • 26 Yan 11:05  
Digərləri Mərdəkanda partlayış xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Kosmik fırtınalar zamanı peykləri qorumaq üçün "işıqfor" hazırlandı like
  • 26 Yan 10:52  
Digərləri Kosmik fırtınalar zamanı peykləri qorumaq üçün "işıqfor" hazırlandı

Potsdamdakı Alman Yer Elmləri Araşdırma Mərkəzinin alimləri kosmik fırt�

arrow Ətraflı
Turistlər dünyanın ən yaxşı ənənəvi səhər yeməyini açıqladılar like
  • 26 Yan 10:41  
Digərləri Turistlər dünyanın ən yaxşı ənənəvi səhər yeməyini açıqladılar

Səhər yeməyi çox vaxt günün ən vacib yeməyi hesab olunur. Müxtəlif öl

arrow Ətraflı
Dünyanın ən hündür körpüsü istifadəyə verilir  Eyfel qülləsindən iki dəfə yüksəkdir like
  • 26 Yan 10:30  
Dünya Dünyanın ən hündür körpüsü istifadəyə verilir Eyfel qülləsindən iki dəfə yüksəkdir

Dünyanın ən hündür körpüsü bu il Çində mənzərəli Beipan çayı vadi

arrow Ətraflı
Salyan heyvasının sağlamlığa hansı müsbət faydaları var? like
  • 26 Yan 10:25  
Digərləri Salyan heyvasının sağlamlığa hansı müsbət faydaları var?

Salyanda 3 növ heyva yetişir. İkisi payız, biri isə "Salyan heyvası&q

arrow Ətraflı
Müharibə Qəzzada ömür uzunluğunu 46 faiz azaldıb like
  • 26 Yan 10:20  
Dünya Müharibə Qəzzada ömür uzunluğunu 46 faiz azaldıb

Pensilvaniya Universitetinin amerikalı alimləri Fələstin və İordaniyadan o

arrow Ətraflı
Türkiyədə zəncirvari qəza  ölən və yaralananlar var like
  • 26 Yan 10:15  
Digərləri Türkiyədə zəncirvari qəza ölən və yaralananlar var

İstanbulda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
İlk kompleks zəhərlər insanlar tərəfindən nə vaxt yaradılıb? like
  • 26 Yan 10:11  
Digərləri İlk kompleks zəhərlər insanlar tərəfindən nə vaxt yaradılıb?

Yohannesburq Universitetinin Cənubi Afrika alimləri ov zamanı istifadə edil�

arrow Ətraflı