Dünyanın şirniyyat trendi “Dubay şokoladı” necə yarandı? MARAQLI
Digərləri 26 Yan 2025 12:16:00 84 0
Dubay şokoladı yeni qastronomik trendə çevrilib. Dünyanın hər yerindən insanlar püstə pastası, təmiz tahin və kadayıfdən hazırlanan, xüsusi xırçıldayan dad verən bu şirniyyatı əldə etməyə çalışır.
Bu xəbəri də oxu: Mərdəkanda partlayış xəsarət alan var
Son.az dünyanın 1 nömərli trendinə çevrilən Dubay şokoladı barədə yazını təqdim edir.
Dubay şokoladı 2021-ci ildə hazırda dünya brendinə çevrilmiş "FİX Dessert Chocolatier" şirniyyat markasının qurucusu 38 yaşlı Sara Hamud tərəfindən icad olunub. 2021-ci ildə analıq məzuniyyətində olan qadın təcrübə etmək qərarına gəlir və qeyri-adi şokolad üçün resept hazırlayır. Əgər bir neçə il əvvəl, onun şirkəti Dubay şokoladını satmağa başlayanda gündə 6-10 arası sifariş alırdısa, bu gün bu rəqəm dəqiqədə 100 sifarişə yüksəlib. "Düzünü desəm, şokolad trendinin bu qədər qlobal olacağını heç düşünməmişəm. İndi baş verənlər çılğındır" - deyə Sara Hamud CNN telekanalına açıqlamasında Kanadadan Argentina və Rumıniyaya qədər müxtəlif ölkələrdən olan insanlardan mesaj və video mesajları aldığını söyləyib.
Dubay şokoladının populyarlığı 2024-cü ilin fevralında TikTok bloggeri Maria Vejera-nın avtomobildə şokolad yediyi videosu ilə başladı. Video 80 milyondan çox baxış toplayıb və digər bloqçular da bu tendensiyanın ardıca gedirlər. Bu ləzzət Dubayın vəliəhdi və BƏƏ-nin müdafiə naziri Həmdan bin Məhəmməd Əl Maktumun özü tərəfindən yüksək qiymətləndirildi.
6 ay sonra, 2024-cü ilin yayında Dubay şokoladının dəbi Azərbaycana da çatdı, blogerlər şirniyyatı kamerada sınamağa və sosial şəbəkələrdə videolar paylaşmağa başladılar.
Dubay şokoladı əl istehsalıdır və südlü şokolad, püstə və ya küncüt pastası və nazik liflərdən hazırlanmış ənənəvi şərq ləzzəti olan kataif xəmirindən ibarətdir. Bu tərkib hissəsi desertə video rəylərdə fəal şəkildə vurğulanan məşhur xırçıltı verir.
Dubay şokoladının məşhurluğu və bahalı olmağı tendensiyası təkcə istehlakçıların kütləvi marağı səbəbilə deyil, həm də onun məhdud sayda istehsal olunması səbəbindən yaranıb. 2024-cü ilin yayında bu şokolad delikatesini yalnız Dubayda almaq olardı, indi isə onu məşhur onlayn satış şəbəkələrində sifariş etmək olar.
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara sosial şəbəkələrdə "
Albaniya Tiranada Vatikan tipli dövlət yaradacaq.
Yanvarın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Sevgi bəzən ən gözlənilməz anlarda, məkanlarda başlayır və möhtəşə
"British Journal" dərgisinin apardığı araşdırmalara görə, asos
Məşhur amerikalı aktrisa Ancelina Coli opera müğənnisi Mariya Kallas obraz
Kamerun Prezidenti Pol Biya bu il oktyabrın 12-nə təyin edilmiş prezident se
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta M
Hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində yalnız
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Məktəbdə çəkilən kadrlar müzakirə doğurub.
Potsdamdakı Alman Yer Elmləri Araşdırma Mərkəzinin alimləri kosmik fırt�
Səhər yeməyi çox vaxt günün ən vacib yeməyi hesab olunur. Müxtəlif öl
Dünyanın ən hündür körpüsü bu il Çində mənzərəli Beipan çayı vadi