Bakıda mühakimə edilən ermənilərlə bağlı – Kremldən açıqlama
Siyasət 24 Yan 2025 08:21:00 61 0
Ümumiyyətlə, uzun illər müxtəlif cəhdlərə baxmayaraq, təəssüf ki, dayandırılması mümkün olmayan Ermənistan-Azərbaycan münaqişəsindən, bütövlükdə bu prosesdən danışsaq, bu, Bakı və İrəvan arasında çoxlu sayda nəhəng humanitar problemlərə gətirib çıxarıb.
Bu xəbəri də oxu: Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova erməni jurnalistin Bakıda hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin məhkəməsi ilə bağlı yalanlardan və böhtanlardan ibarət provokativ sualına cavab olaraq bildirib.
"Bax, elə məhz buna görə üçtərəfli proses çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri, o cümlədən humanitar məsələlərin həllinin zəruriliyi barədə razılığa gəliblər. 31 oktyabr 2022-ci il tarixli bəyanatda deyilir ki, sitat: "Tərəflər humanitar məsələlər bloku da daxil olmaqla, qalan məsələlərin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşıblar". Sitatın sonu.
Biz bu sazişlərə sadiqliyimizi təsdiq edirik. Biz qaçqınların hüquqlarının, mədəni, tarixi və dini irsin qorunması, hərbi əməliyyatlar zamanı itkin düşənlərin axtarışı, bütün saxlanılan şəxslərin dəyişdirilməsi və qaytarılması baxımından azərbaycanlı və erməni tərəfdaşlarımıza lazımi köməklik göstərməyə hazırıq. Əminəm ki, bu, Bakı ilə İrəvan arasında etimad və dialoq mühitinə töhvə verəcək. Bəli, başa düşürəm ki, siz əvvəllər də olduğu kimi, həmişə "Düyməni basın, nəticə əldə edin" formatında cavab istəyirsiniz. Amma elə məsələlər var ki, onilliklər ərzində daha da mürəkkəbləşib. Onilliklər ərzində onlar həll olunmadı. Onlar yalnız daha da mürəkkəbləşdi. Və bu suallar eyni seriyadandır. Bunlar bir anda peyda olmadılar. Onlar onilliklər boyu formalaşan problemlər zəncirinin bir hissəsidir. Ona görə də bu, qeyd etdiyim reseptlə həll olunmalıdır", - Zaxarova erməni jurnalistə deyib. Son.az
Ekspertlər Bermud üçbucağında gəmilərin və təyyarələrin yoxa çıxmas
Müğənni Xatirə İslam qısa geyimlə obyektiv qarşısına keçib.
"Mənim problemim də odur ki, gəlib mənə deyirlər ki, çıxış et. İ
Bakının Nəsimi rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.
07:34 Zirəddinin proqnozu ilə bağlı Publika.az Azərbaycan Milli Elmlər
İrəvanda təşkil olunmuş yarmarkada xarici turistlərə Qarabağ hələ də
Möcüzəsiz bir dünya, bir köhnə mahnı kimi, ona rəng vermək üçün ən
ABŞ Qida və Dərman İdarəsi (FDA) ev heyvanlarının qidasında istifadə ed
Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sə
Rusiyalı uroloq Aleksandr Belopolski sürücülərə və avtomobil sərnişinl
Bir çox ailədə xərclik mövzusu uşaqlar və yeniyetmələr üçün müzakir
Banan faydalı olsa da, bəzi insanlar üçün zərərli və ya məhdudiyyətli
"Susub getmək, yox olmaq istəyirəm"
Meyvələrin sağlamlığa təsiri danılmaz bir faktdır. Tarix boyunca təbiə